“Əvvəla şəxsən öz adımdan və Almatı şəhərində yaşayan Azərbaycanlılar Assosiasiyası adından Sizi və bütün Azərbaycan xalqını bu Zəfər Bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Xəyallarımızı, istəklərimizi gerçəkləşdirdiyiniz üçün Sizə böyük minnətdarlığımı bildirirəm. Çox yüksək səviyyədə təşkil olunmuş möhtəşəm hərbi parad Türkiyə və Azərbaycan qardaşlığının nümayişi, Sizin birbaşa uğurlu zəhmətinizin bəhrəsidir. Xalqımıza Sizin kimi Prezidentin başçılıq etməsi çox qürurvericidir. Bu gün hamımız Qələbə sevinci yaşayırıq və bu sevinci bizlərə yaşadan hər bir əsgərimiz var olsun, onların əllərindən, gözlərindən öpürəm və bu yolda şəhid olan hər bir Azərbaycan əsgərinə Allahdan rəhmət diləyirəm, onların ruhları qarşısında baş əyirəm. Yaralı əsgərlərimizə isə Allahdan şəfa diləyirəm.
Hörmətli cənab Prezident, biz Sizinlə qürur duyuruq. Sizin rəhbərliyiniz altında Azərbaycanın müzəffər Ordusu yeni tarix yazdı və Siz həmin tarixin, 21-ci əsrin qəhrəmanı oldunuz. Əminəm ki, bundan sonra da Sizin uzaqgörən siyasətinizlə Azərbaycan yüksək şəkildə inkişaf edəcək və həmişəki kimi bütün mübarizələrdə qalib olacaqsınız. Biz Sizinlə fəxr edirik, Allah Sizi, Ordumuzu, millətimizi qorusun!”
Bunu Qazaxıstan Respublikasının Almatı şəhərindən hüquq elmləri namizədi, Almatı Azərbaycanlılar Cəmiyyətinin sədri Sadiyev Qəhrəman Sənan oğlu Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com