“30 ilə yaxın düşmən işğalında olan torpaqlarımız Sizin komandanlığınız ilə Azərbaycan əsgərləri tərəfindən azad olundu.
Təşəkkürlər, müzəffər Ali Baş Komandan. Təşəkkürlər, Azərbaycan əsgəri! Gözün aydın olsun, Azərbaycan!
… Siz Azərbaycan tarixində müzəffər Ali Baş Komandan olaraq yer aldınız və daim alacaqsınız. Bizlərə bu qüruru yaşatdığınız üçün Sizə çox təşəkkür edirik.
2020-ci il 8 Noyabr tarixli Qələbən mübarək olsun Azərbaycan!
Bu Qələbə bütün dünyada yaşayan azərbaycanlılara birlik və güc verdi, “birlikdən güc doğar” inamını verdi. Bundan sonra da Sizin ətrafınızda bir olacağımız təqdirdə gözəl gələcəyin olacağına inanırıq.
Rəsmi məlumatlardan Vətən müharibəsində 2783 şəhidimizin olduğunu öyrəndik. Allah şəhidlərimizə rəhmət eləsin, onları hörmətlə yad edir, onları böyüdən Anaların əllərindən öpürəm.
Bilirəm ki, Siz və Azərbaycan dövləti şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, ailələrinin təminatı üçün nə lazımdırsa edəcəksiniz.
…Azad edilən torpaqlarda hər bir şəhidimizin qanı var. Həmin torpaqlardan şəhid ailələrinə ərazi ayrılsa, əminəm ki, həmin ailələr övladlarına görə onlara verilən torpaqlara sahib çıxacaq, göz bəbəyi kimi qoruyacaqdır, çünki o torpaqlarda atalarının, oğullarının, qardaşlarının qanı var.
Türk şairi Mithat Cemal Kuntayın da yazdığı kimi:
Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq əgər uğrunda ölən varsa, Vətəndir.
Müzəffər Ali Baş Komandan, Dünya Azərbaycanlıları Konqresi olaraq bizə bu Tarixi Qələbəni yaşatdığınız üçün Sizə və əsgərlərimizə çox təşəkkür edirik.
Allah Sizi, xalqımızı, millətimizi və Ordumuzu daim qorusun!”
Bunu Prezident İlham Əliyevə müraciətində İsveç Krallığının Stokholm şəhərindən Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Kurban qeyd edib.
Baki-xeber.com