“Çox hörmətli cənab Prezidentimiz, ümummilli qəhrəmanımız, müzəffər və xilaskar Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev!
Başladığınız və Qələbə ilə sona çatdırdığınız Vətən müharibəsi müqəddəs və qurtuluş müharibəsi sayılır. Çünki bu savaş həm BMT-nin qəbul etdiyi qətnamələrə, həm də Qurani-Kərimin buyurduğu əmrlərə tam uyğundur. Həcc surəsinin 39-cu ayəsində buyurur: "Məcburi müharibəyə məruz qalanlara cihad və döyüş icazəsi verildi. Çünki onlara zülm olunmuşdur." Bəqərə surəsinin 190-191-ci ayələrində buyurur: "Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın. Onları harada ələ keçirsəniz öldürün və sizi qovub çıxardıqları torpaqlarınızdan siz də onları qovub çıxardın. Heç bir fitnə qalmayınca vuruşun!"
... Siz çox humanist, ədalətli bir insansınız və bunu müharibənin gedişində göstərdiniz. Qurani-Kərimdə buyurur: "Ola bilsin ki, Allah sizin və düşməninizin arasında dostluq bərqərar etsin. Allah din barəsində sizinlə döyüşməyən və sizi yurdunuzdan çıxarmayan kəslərə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi qadağan etmir."
...Mən birinci Qarabağ müharibəsi veteranıyam və bu gün də arxa cəbhədə əlimdən gələni edirəm. Bu günlərdə 70 yaşım tamam oldu, bu Qələbə mənə ən gözəl yubiley hədiyyəsi oldu. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət və qazilərimizə şəfa diləyirəm.
Bir daha müharibə olmasın! Uşaqlar atasız-anasız böyüməsinlər! Quranda buyurur: "Nə qədər ki, sən onların arasındasan onlara əzab verilməyəcək." Mən bu kəlamları oxuyarkən ilk növbədə Sizi göz önünə gətirirəm.
Bu sözləriniz isə dillər əzbəridir: “Qarabağ Azərbaycandır! Nə oldu Paşinyan, bəs deyirdin "Qarabağ Ermənistandır", nə oldu?!.
Yaşasın Azərbaycanımız! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!” Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Naxçıvan MR-nın Babək rayonunun Qahab kəndindən Babək rayon dini icmasının sədri Qasımov Qasım Əsəd oğlu bildirib.
Baki-xeber.com