2020-ci il noyabr ayının 26-da işğaldan azad olunmuş Xocavənd rayonunun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçumuz şəhid edilib, 2 nəfər yaralanıb. Dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı da 1 hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb.
Bu barədə Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında bildirilir.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti həmin ərazidə antiterror əməliyyatı keçirmək məcburiyyətində qalıb: "Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməzdir".
Qeyd olunan faktlar əlində silah olan hər bir erməninin məhv edilməli olduğunu bir daha zəruri edir! Bunun üçün Azərbaycanın ən qısa vaxtda Qarabağı erməni silahlılarının qalıqlarından təmizləmək üçün əməliyyatlara başlaması artıq şərt olub!”
Əldə olunan atəşkəs razılaşmasından sonra ermənilərin Qarabağda yenidən separatizmi terror- təxribat formasına keçirmələri nəyin göstəricisi ola bilər? Bu cür təxribatların xarici ölkələr və xüsusilə də Ermənistandan idarə olunma ehtimalı nə dərəcədə yüksəkdir?
Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Hadrutda baş vermiş insident narahatedici bir məsələdir: “Güya itkin düşmüşlər adı altında azad olunmuş Azərbaycan ərazisində meşələrdə gizlənmiş erməni yaraqlılarının təxribat xarakterli hərəkətləri 09 dekabr 2020 - ci ildə Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladıqları üçtərəfli razılaşmanın kobud surətdə pozulmasıdır. Ermənistan tərəfinin yenidən aranı qarışdırmaq cəhdlərinin ATƏT-in Minsk Qrupunun keçmiş həmsədrlərinin bölgəyə səfəri ilə eyni vaxta düşməsi də təsadüf ola bilməz. Ermənilər “Dağlıq Qarabağ problemi yoxdur” deyən rəsmi Bakıya və buna oxşar bəyanatla çıxış etmiş Rusiya rəsmilərinə, o cümlədən keçmiş həmsədr dövlətlərə göstərmək istəyirlər ki, Dağlıq Qarabağda heç də hər şey həll olunmayıb və hərbi əməliyyatlar davam edir. Onların məqsədləri tamamilə aydındır. Rusiya sülhməramlılarını və o cümlədən Azərbaycan hərbçilərini təxribata sürükləmək və onları antiterror əməliyyatlarına təhrik etməkdir. Daha sonra isə təbliğat kampaniyasına başlayaraq Qərb dövlətlərini Bakının erməni xalqına qarşı törətdiyi şiddətlərin müqabilində "erməni milli azadlıq hərəkatına" dəstək verməyə çağrmaqdır. Məqsəd yeni ictimai fikir formalaşdırmaq, belə bir təsəvvür yaratmaqdır ki, guya Rusiya sülhməramlıları regionda sabitliyi qoruyub saxlaya bilmirlər, Azərbaycan tərəfi Qarabağ ermənilərinə qarşı soyqırım siyasəti aparır, Paşinyan höküməti də etmənilərin təhlükəsizliyini təmin edə bilmir. Bununla da Beynəlxalq aləmə göstərmək istəyirlər ki, əldə edilmiş üçtərəfli razılaşma yerinə yetirilmir. ABŞ, Fransa və digər Qərb dövlətlərinin iştirakı ilə razılaşmaya yenidən baxılmalı və regionda Rusiya, Türküyə sülhməramlıları beynəlxalq sülməramlıların kontingeti ilə əvəz olunmalıdır. Bütün bunlardan sonra isə Dağlıq Qarabağın status məsələsi yenidən gündəmə gəlməlidir. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, mövcud formatın dəyişdirilməsini Azərbaycanda fəaliyyət göstərən müxalifətdə olan bir sıra Qərbyönümlü siyasi partiyalar da tələb edir. Nəzərə alsaq ki, erməni yaraqlılarının işğaldan azad olmuş ərazilərimizdən çıxarılmasına və yerli əhalinin öz doğma evlərinə geri qaytarılmasına Ağdam şəhərində yaradılmış monitorinq mərkəzində Rusiya və Türküyə hərbiçiləri birgə nəzarət edir, Azərbaycanda çağırışlar edən bəzi partiya rəhbərlərinin mövqeləri bir qədər anlaşılmaz, qaranlıq görünür və düşünürəm ki, bu məsələyə əlavə şərhə verməyə ehtiyacı qalmır. Belə çoxgedişli bir hərəkət isə, düşünmürəm ki, erməni başının məhsulu olsun. Mənim fikrimcə, bu ssenari Qərb dövlətlərinin xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və İrəvanda oturan tərəfdarlarının himayəçiliyi ilə Dağlıq Qarabağda həyata keçirilir. Şübhə etmirəm ki, Rusiya FTX və Azərbaycan DTX-nin bu məsələlərdən tam məlumatları var və bu ssenarinin cavabında atılacaq adekvat addımlar da çoxdan hazırdır.
Hazırda Azərbaycan ordusu və Rusiya sülhməramlıları azad olunmuş ərazilərin minalardan təmizlənməsini və erməni yaraqlılarının regiondan çıxarılmasını uğurla həyata keçirir. Hadrut rayonunda baş vermiş insident isə artıq öz həllini tapıb.
O ki qaldı Qarabağda partizan hərəkatının yaradılmasına, bu da xəstə təxəyyülə malik olan bir millətin növbəti "döyüşkən xalq" obrazını yaratmaq çəhdidir. Ağlı başında olan insan yaxşı başa düşür ki, səmadan dronlar, pilotsuz təyyarələr və elektron avadanlıqlar vasitəsilə müşahidə etmək imkanlarının olduğu bir şəraitdə "partizan" hərəkatından danışmaq yersizdir”.
Ekspertin sözlərinə görə, Qarabağın işğaldan azad olunmuş ərazilərində partizanlara dəstək verəsi mülki əhali yoxdur.
Məhəmmədəli QƏRİBLİ