Əsil sensasiya formal olaraq budur. Ona görə formal ki, mahiyyətində əslində sensasiyalıq bir şey yoxdur.
44 günlük müharibə dövründə Prezidentimiz bəzi dünya TV-lərə müsahibəsində bir neçə dəfə təkrar etmişdi ki, bizim guya Suriyadan Türkiyənin vasitəçiliyi ilə muzdlu döyüşçülər gətirdiyimiz barədə heç bir sübutu olmayan xəbərlərin Rusiya və Fransa rəsmiləri tərəfindən yayıldığına çix təəssüf edirik. Elə o günlərdə də ptezident İlham Əliyevin bu reaksiyasına nə Fransadan, nə də Rusiyadan bir ağılkəsən sübut təqdim edilmədi.Nə təqdim edilə bilərdi ki?!..Demək, əslində o yalanları əsil mətləblərin gizlədilməsi naminə edirlərmiş..İndi açılan bəzi faktlar sübut edir ki, Suriyadan Ermənistana aylığı 1000-2000 dollara muzdlu döyüşçülərin gətirilməsində Rusiyanın Hmeymin hava bazasının hərbi qüvvələri fəal iştirak edirmiş.Bu kontekstdə "Suriyalılar həqiqət və ədalət naminə " təşkilatının yaydığı hesabat ifşaedici fakt kimi çox maraq doğurur.Suriyada əsasən ermənilərdən və digər millətlərdən aldadılaraq Liviya adı ilə Ermənistana daşınan muzdlular barədə konkret detallı məlumatlar artıq verilib.Muzdluların Rusiyanın Hmeymin bazasındakı təyyarələrlə Yerevana , yaralıların və meyitlərin isə əks marşrutla yenə də Hmeyminə, oradan isə homs və Deyr-əz -zor hospitallarına daşındığını hesabatçılar artıq yayıblar.Övladlarının Hmeymin bazasından necə aparıldığını deyən Suriyalı valideynlərin ifadələri də hesabatda yer alır.Homs və Deyr-əz-zorda başkəsən muzdluların toplanmasında vasitəçilik etmiş yerli tayfa başçılarının adları elə dəqiqliklə göstərilir ki, bütün bunlara inanmamaq olmur.
Hesabatda elə faktlar var ki, içində insanlıq adına azacıq payı olan istənilən şəxsin bunu qəbul edə bilməsi çox mürəkkəb görsənir. Məsələn, bir ana danışır ki, öğlum çörək pulu qazanmaq üçün müraciət etdiyi yerdə onu muzdlu qatilliyə yönəldiblər.İnanılmaz və dəhşətli görünən faktları kənara qoyub suallar doğuran mətləblərə baxaq.
Rusiya hakimiyyəti və şəxsən prezident Putin atəşkəsə nail olmaq üçün çalışdığı halda Hmeymindəki rus qüvvələrinin məçqul olduğu bu iş nə deməkdir?
Hmeymində muzdlu erməni legionu yaratmaq rəsmi Kremldən xəbərsiz mümkün ola bilərdimi?
Əgər Rusiya siyasi hakimiyyətinin bu əməliyyatlarda iştirakı olubsa , məqsəd nə imiş?
Ermənistanın bu işdə maraqlı olması məlum məsələdir, bəs Rudiyanın marağı nədən ibarət ola bilərdi?
Göründüyü kimi, Rusiya hakimiyyət dairələrinin rəsmi izahatlar verməli olduğu ciddi məqamlar var.
Burada xatırlamaq yerinə düşür ki, hələ iyul ayında Ermənistanın Tovuzda təxribatlar törətdiyi günlərdə bizim Prezident Rusiyadan çarter reysləri ilə 400 tondan çox silah və sursatın Tütkmənistan üzərindən Ermənistana daşındığını dəqiq detallarla açaraq rəsmi izahat istəmişdi.O zaman Cənab Şoyqunun Bakıda necə izah verdiyinə və Azərbaycanın rəsmən bu izahla qane olmadığına təkrar qayıtmayaq.Yaxın keçmiş olduğu üçün unudulmayıb .Sadəcə onu deyək ki, Şoyqunun və ya bir başqasının bu dəfəki izahının o zamankı izaha bənzəməsini heç istəməzdik...Bəlkə Hmeymindən muzdlu başkəsənlərin Ermənistana daşınması rəsmi Kremlin başı üzərindən həyata keçirilib…?! hər halda rəsmi Kremlin izahına çox ehtiyac var...
Aydın QULİYEV