Bazar günü günü, 11 oktyabr 2026
     

Vüqar Rəhimzadə: “Müvafiq mandata sahib olan ATƏT-in Minsk Qrupu 28 ildə münaqişənin həllində heç bir rol oynamayıb”

Image


“Möhtərəm Prezidentimiz İlham Əliyevin ATƏT-in Minsk Qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşündəki nitqi təkcə 44 günlük müharibənin deyil, ümumilikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin,  problemin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin qiymətləndirilməsi, Azərbaycanın möhtəşəm hərbi-siyasi  Qələbəsinin səbəbləri və nəticələri, haqqın-ədalətin bərpası, işğala son qoyulması ilə regionda yeni reallıqların yaranması, qarşıda dayanan vəzifələrə aydınlıq gətirilməsi baxımından xüsusi diqqət çəkir.

Münaqişənin davam etdiyi dövrdə Azərbaycan sülh danışıqlarına sadiqliyini hər addımda təsdiqlədiyi halda, Ermənistan və ona havadarlıq edən dövlətlər isə təxribabçı əməlləri və bitib-tükənməyən yalanları ilə problemin həllində maraqlı olmadıqlarını açıq-aşkar büruzə verirdilər. Nəticədə işğalçı Ermənistan havadarları tərəfindən ona göstərilən maddı və mənəvi dəstəkdən daha da ruhlanaraq yeni ərazilərimizi işğal etmək üçün planlar hazırlayırdı. Dövlətimizin başçısı İlham Əliyev hələ İkinci Qarabağ müharibəsi başlamamışdan öncə BMT Baş Assambleyasının 75-ci Sessiyasında Ermənistanın yeni müharibə planlarını dünyanın aparıcı  dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətinə çatdırsa da, bu xəbərdarlıq həmin dairələrin maraqlarına cavab vermədiyi üçün susqunluqla qarşılandı. İşğalçı Ermənistan sentyabrın 27-də müxtəlif istiqamətlərdən Azərbaycana hücum etməklə bu planını açıq-aydın nümayiş etdirəndə bütün dünya, o cümlədən münaqişənin sülh və danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minck qrupunun həmsədrləri özlərini sanki baş verən hadisələrdən xəbərsiz kimi aparırdılar”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb  ki, dövlət başçısı İlham Əliyev qeyd olunan görüşdə diqqəti 44 günlük müharibənin gedişinə, nəticələrinə, həmçinin 28 ildə aparılan danışıqlar prosesinə yönəldərək, beynəlxalq vasitəçilərin rolunun qiymətləndirilməsini də bir zərurət kimi ortaya qoydu: “Azərbaycan 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllinə hərbi-siyasi vasitələrlə nail oldu. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həllində heç bir rol oynamayıb. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in,  digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu  illər ərzində münaqişə niyə  həllini tapmayib?  BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü bunu bacarmadı, yoxsa istəmədi?  Münaqişənin həllində möhkəm hüquqi baza  mövcud olduğu halda  30 il həllini gözləməsi ədalətə nə dərəcədə uyğun idi?Bu qəbildən olan  sualları xeyli sayda sadalamaq olar. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan haqqı-ədaləti bərpa edib, işğala son qoyub. “Hərbi variant yoxdur” deyən dövlətlərin özləri də anlayırlar ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər”.

Baş redaktor bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri  dəfələrlə status-kvonun saxlanmasının qəbuledilməzliyini bildirsələr də, zaman keçdikcə bunun əksini söyləməyə, nə yolla olursa-olsun status-kvonu qorumağa çalışırdılar: “Amma Azərbaycan dövlətinin, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq kimi birləşməyimiz  sayəsində status-kvo dəyişdi. Dövlətimizin başçısı İlham Əliyevin  xalqa müraciətində səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: “Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim starus–kvonu, dəyişdirdim. Bax orada, döyüş meydanında. Yoxdur status-kvo, təmas xətti yoxdur, yarmışıq onu, 30 il onlar qururdular bu təmas xəttini.”

“Azərbaycan  Ermənistanı döyüş meydanında məğlub edib və kapitulyasiya aktına imza atmağa məcbur edib” söyləyən Vüqar Rəhimzadə bildirib ki, İkinci Qarabağ müharibəsinin Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatmasından, dünyaya bu Qələbənin təqdimatında əhəmiyyətli rola malik olan Zəfər paradının keçirilməsindən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə  səfəri təəccüb doğurmaya bilməz: “Bu səfər dövlətimizin başçısının qeyd etdiyi kimi, onların öz təşəbbüsləri olub, Azərbaycan tərəfi sadəcə  bu təklifə etiraz etməyib. 30 ilin reallığı budur ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən ədalət, işğalçını yerində oturdub, beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrası üçün cəza, sanksiyaların tətbiqini gözləyib, amma  həmsədr dövlətlər susmağa, seyrçi mövqedə dayanmağa üstünlük veriblər. Azərbaycan işğalçı Ermənistanın və onun havadarlarının 30 illik yalanlarına, vaxt qazanmaq üçün imitasiya naminə danışıqların aparılmasına 44 günlük müharibə ilə son qoydu. 30 ildə  yaradılan beynəlxalq hüququn, ədalətin yoxluğu  görüntüsünü  haqqı-ədaləti bərpa etməklə puç etdi. Azərbaycan dünyaya göstərdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur. Onların icrası zaman və məkana görə deyil, vahid mexanizm əsasında həyata keçirilməlidir. Dünya dövlətlərinin  xarici siyasətinin yenidən formalaşması Azərbaycanın qətiyyətli mövqeyinin, beynəlxalq aləmə ünvanladığı ədalət çağırışının nəticəsidir”.

“Bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri hansı istiqamətdə fəaliyyət göstərə bilərlər” sualı ətrafında fikirlərini açıqlayan V.Rəhimzadə qeyd edib ki, artıq status-kvo, Madrid prinsipləri kimi anlayışlar olmadığı bir dövrdə həmsədrlər regionda yeni reallığa uyğun  olaraq xalqları sülhə hazırlamalı, yol və kommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola, buna uyğun olaraq yeni fəaliyyət proqramının  ortaya qoyulması ilə  regionda davamlı sülhün təmin olunmasına töhfə verə bilərlər: “Vasitəçilər neytral olmalıdır. Lakin çox təəssüflər olsun ki, Azərbaycan ötən 28 ildə bunu ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətində görmədi. ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindənbiri olan Fransa daim ermənipərəst siyasəti ilə diqqət çəkib və bu gün də ənənəsini davam etdirir. 28 ildə vasitəçilik missiyasının mahiyyətini dərk etməyən həmsədrlərin  postmüharibə dövrünün reallıqlarını qəbul edib hədəflərə nail olmaq üçün səylər göstərmələri inandırıcı görünmür. Bu baxımdan ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi məsələsi daha çox müzakirə olunan təkliflər sırasındandır”.

Baş redaktor bildirib ki, dövlət başçısı İlham Əliyev görüşdə  Ermənistanın törətdiyi hərbi cinayətlərin  hazırda sənədləşdirildiyini, Azərbaycanın  artıq törədilən cinayət əməlləri ilə bağlı hüquqi prosedurlara başladığını qeyd etdi. V.Rəhimzadə diqqəti Ermənistan hakimiyyətinin illərdir işğal olunmuş ərazilərimizdə süni məskunlaşdırma siyasəti həyata keçirdiyinə, ATƏT-in Faktaraşdırıcı Missiyasının iki dəfə həmin ərazilərdə olarkən bu faktı təsdiqləsə də, hesabatlarında onun kim tərəfindən həyata keçirildiyini  qeyd etməyi məqsədəuyğun hesab etmədiklərinə, işğalçının adı ilə çağırılmasının  münaqişənin həllinə mane ola biləcəyini söyləməyi çıxış yolu hesab etmələrinə yönəldib: “Belə yanaşmalar Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Ermənistan silahlı qüvvələri 44 gündə Azərbaycan Ordusunun belə  qətiyyətli və peşəkar əks-hücum əməliyyatları ilə üzləşəcəklərini düşünmürdülər. Azərbaycan 10 noyabr Bəyanatının imzalanması ilə hərbi-siyasi Qələbəsini, Ermənistanın kapitulyasiyasını dünyaya nümayiş etdirdi. Artıq postmüharibə dövrünün hədəflərinin icrası istiqamətində addımlar atılır. Azərbaycanın tarixi Qələbəsi ümumilikdə regionda yeni reallıqlar yaradıb.Regionda yaradılan yeni əməkdaşlıq formatı çoxtərəfliliyi ilə diqqət çəkir. Ermənistanın da bu əməkdaşlıqda təmsil olunması  təklif olunur. Hazırda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Eyni zamanda, Ağdam rayonunda yaradılan Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Bu, regional əməkdaşlığın çox yaxşı təzahürü, Türkiyə ilə Rusiya arasında yüksək əməkdaşlığın rəmzidir. Mövcud reallıqlara uyğun olaraq addımların ardıcıl şəkildə atıldığı bir zamanda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ölkəmizə səfəri hər kəsdə yalnız və yalnız 28 ilin turist səfərini, qonaq təəssüratını yaratdı. 28 ilin inamsızlıq mühitini bir saatda dəyişmək onlar üçün asan görünsə də, reallıq bunun əksini deyir”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ