"Euronews” telekanalının çəkiliş qrupu Suqovuşanda… - VIDEO

img

Bu günlərdə “Euronews” telekanalının çəkiliş qrupu erməni işğalından azad edilmiş Suqovuşan kəndində olub.

Baki-xeber.com xəbər verir ki, kənddən hazırlanmış reportajda məcburi köçkünlərdən biri, 27 il əvvəl kəndini tərk etməyə məcbur olmuş və yenidən öz yurduna qayıdan Xaliq Hümbətov danışıb.

"Bir dəfə gecə saqqallı erməni bizə gəldi. O, dedi ki, səhər çıxıb getməliyik. Bizə yalnız bir neçə at aparmağa icazə verdilər. Lakin başqa bir erməni atın cilovundan yapışıb dedi: "Siz bu atı aparmayacaqsınız". Mən balaca idim, ağlayırdım. Onlar atı apardılar və biz piyada getdik", - Xaliq Hümbətov telekanala deyib.

X.Hümbətov 27 il olmadığı doğma yerlərinə qayıtdıqda sevinc göz yaşlarını güclə saxlayıb.

Qyd edək ki, Azərbaycan Ordusu oktyabrın 3-də Suqovuşan kəndini işğaldan azad edib. Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə kəndin tarixi adı özünə qaytarılıb.

Son xəbərlər