Peterburqdan Valeriy Aleksandroviç Azərbaycan Prezidentinə məktub yazdı...

img

“Mən 1971-ci ildə Sizin də məzun olduğunuz 6 nömrəli məktəbi bitirmişəm.

Sizi və bütün Azərbaycan xalqını Vətənimin ərazi bütövlüyünün bərpası və ədalətin təntənəsi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan haqsız olaraq ərazilərinin bir hissəsini itirəndə də, doğma torpaqları işğaldan azad edəndə də ruhən Sizin və xalqınızın yanında idim. Sizlərlə kədərlənir, Sizlərlə sevinirdim.

Mən əslən rusam, köklərim, şəcərə tarixim çar dövrünə qədər gedib çatır. Bakıda Çkalov, indiki Niyazi küçəsində yaşamışam. Keçən ilin sentyabr ayında 65 illik yubileyimi Bakıda qeyd etdim. Azərbaycanda olan böyük inkişafı gözlərimlə gördüm. İlk fürsətdə Bakını mütləq bir daha ziyarət edəcəyəm.

Sizi bir daha təbrik edir, bütün Azərbaycan xalqına ən yaxşı diləklərimi çatdırıram”.

Bu fikirlər Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindən Dunin Valeriy Aleksandroviç tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciətdə bildirilir.

Baki-xeber.com

Son xəbərlər