Məhz Sizin möhkəm iradəniz sayəsində... - Biləsuvardan Rəfiqə Əliyevanın Prezidentə məktubu...

img

“Sizin möhkəm iradəniz sayəsində xalqımızın 30 ilə yaxın olan ağrılı, qanlı-qadalı günləri geridə qaldı. Sizi, xalqımızı, Ordumuzu möhtəşəm qələbə münasibətilə təbrik edir, ulu xalqımın əvəzsiz Liderinə ən səmimi arzularımı çatdırıram.

Hamımız sevinirik, düşməndən şəhidlərimizin qisasını aldıq, torpaqlarımız azad olundu. Şəhidlərimizin ruhu qarşısında borcumuzu verdik. Bunlar müqəddəs hisslərdir. Keçirdiyimiz bu ifadəsiz sevinc hisslərini bizə bəxş etdiyiniz üçün Sizə, yenilməz Ordumuza sonsuz minnətdarlığımızı bildiririk. İnanırıq ki, qalib, yenilməz sərkərdəmiz kimi Sizin rəhbərliyiniz altında ölkəmiz gündən-günə çiçəklənəcək, xalqımızın rifahı daha da yüksələcək. Sizə, ailənizə cansağlığı, bundan sonrakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Var olsun Azərbaycan xalqı, yaşasın Ali Baş Komandan!”

Bunu Biləsuvar rayonundan Nərimankənd kəndindən şəhid anası Rəfiqə Əliyeva Prezident İlham Əliyevə müraciətində qeyd edib.

Baki-xeber.com

Son xəbərlər