çərşənbə günü, 14 oktyabr 2026
     

Kəlbəcərdə ermənilərin özlərinə saxta tarix quraşdırmaq üçün istehsal sexi düzəltdikləri aşkarlanıb - FOTO

Image


Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu dövrdə ermənilər burada saysız-hesabsız saxtalaşdırma cinayəti həyata keçiriblər. Özlərinin bu torpaqların “qədim sakinləri” olduqlarını dünyaya “sübut etmək” üçün müxtəlif cinayətkarlıq üsullarından istifadə ediblər.

Kulis.az-ın yaydığı məlumata görə, Kəlbəcərdə ermənilərin “tarix” istehsal edən emalatxanaları aşkarlanıb. Həmin emalatxanada ermənilər özlərinə tarix qondarmaq fəaliyyəti ilə məşğul olublar.

Erməni daş ustaları qədim qəbir daşları formasında hazırlanan abidələrin üzərinə əski hərflər, işarələr, xaç əlavə edərək, daşları bir müddət uksus və xüsusi hazırlanmış məhlulda saxlayıblar. Bu müddətdə daşlar eroziyaya və rəng dəyişikliyinə uğrayıb. Sonradan bu daşlar Kəlbəcər və digər Azərbaycan rayonlarında basdırılırmış.

  • “...Qərbi Azərbaycanda da daşları yonaraq üzərinə “xaçqar”lar, “qədim erməni yazıları” həkk edərək torpağın altına basdırıblar”

Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, ermənilər bu cinayətkar əməllərə son 28-30 ildə deyil, hələ Sovet dövründən başlayıblar. Ermənistanın bir çox aliminin iştirakı ilə saxta tarix yaradılması prosesinə başlandığını deyən T.Əliyevin sözlərinə görə, onlar Sovet dövründə də “tarix” qondarma emalatxanaları, sexləri açıblar. “Ermənilər bu cinayətləri hər zaman işlədib, saxtalaşdırma siyasəti yürüdüblər. Təkcə Qarabağda, Kəlbəcərdə və başqa ərazilərimizdə deyil, tarixi torpağımız olan Qərbi Azərbaycanda da daşları yonaraq üzərinə “xaçqar”lar, “qədim erməni yazıları” həkk edərək torpağın altına basdırıblar. Təkcə qondarma yazılı daşları basdırmaqla kifayətlənməyiblər, həm də o daşları basdırdıqları yerlərin xəritələrini hazırlayıb çap ediblər ki, gələcəkdə “davamçıları” bu daşları axtaranda çətinlik çəkməsinlər. Onlar indiyə qədər minlərlə, onminlərlə belə qondarma daşlar hazırlayaraq Azərbaycanın tarixi ərazilərində basdırıblar”.

Ermənilərin saxta tarix quraşdırmaqda mahir olduğunu vurğulayan T.Əliyevin sözlərinə görə, onlar bu saxtakarlıq cinayətini işləyir, sonra da onları kitab halına salıb “mənbə”yə çevirirlər, bununla kifayətlənməyib həmin o kitabları və çap etdikləri saxta xəritələri xarici ölkələrdə, beynəlxalq aləmdə təbliğ edirlər. “Erməni yazıçılarından biri iddia edərək yazıb ki, guya VII Bizans ordusu Qarabağ bölgəsindən keçəndə “Tiqranakert” deyilən bir yerdə məskən salıb və sonradan Sasani qoşunları onları mühasirəyə alıb və sair. Sonrakı dövrlərdə onun yazdıqları üzərində erməni alimləri “araşdırmalar aparıblar”. Halbuki, VIII əsrdən XIII əsrə qədər onlarla ərəb müəllifi, ərəbdilli qaynaqlar var ki, bu bölgədə baş verən hadisələri tam incəliklərinə qədər qələmə alıblar, bütün toponimlərin – kəndlərin, şəhərlərin, çayların,dağların və sair hamısının adlarını əks etdiriblər. Necə ola bilər ki, bu qədim mənbələrdə ermənilərin iddia etdiyi “50 minlik əhalisi olan Tiqranakert” haqqında bir dənə də olsun xatırlatma yoxdur. Baxın, bütün bunlar onların həyata keçirdikləri saxtakarlıq siyasətinin göstəricisidir. Mən onları Sovet dövründən tanıyıram. Bir dəfə İrəvan yaxınlığında arxeoloji qazıntı aparan bir erməni alimi mənə dedi ki, bu gün bu yazdıqlarım heç kəsə lazım deyil, amma yüz ildən, min ildən sonra bunlar “mənbə” olacaq, bunlar oxunacaq, araşdırılacaq, ona görə bunları nəşr edirik ki, gələcək nəsillər bundan istifadə etsinlər. İnanıram ki, Qarabağ ərazisi tamamilə təmizlənəndən sonra biz o ərazilərdə arxeoloji qazıntı işlərini davam etdirəcəyik. Onların “xaçqar”lar adı ilə hazırlayıb torpağa basdırdıqları o saxtakarlıq nümunələrini silib atacağıq. Əslində, bu “xaçqar” deyil, haça daşlar deməkdir. Bizim ana dilimizdə olan haça sözündən əmələ gəlib. Ermənilər və digər bizimlə qonşuluqda yaşayan xalqların bəziləri “h” səsini işlədə bilmirlər, ona görə də onu “x”ya çeviriblər. Haça sözü “xaça” kimi düzəldilib. İki daşı, yaxud iki ağacı çarpaz şəkildə qoyanda haça əmələ gəlir. Ermənilər haça daşları “xaçqar” adı ilə xüsusi emalatxanalarda düzəldib bizim torpaqlarımıza basdırırlar. Biz bunun qarşısını almaq üçün böyük tədbirlər görməyə başlamalıyıq. Çünki sabah ermənilər dünyaya car çəkəcəklər ki, azərbaycanlılar bizim “xaçqar”ları “dağıdırlar”, “məhv edirlər”. Biz bu gün beynəlxalq təşkilatların, xüsusən də UNESCO-nun diqqətinə ermənilərin saxta, qondarma tarix oyununu çatdırmalıyıq. Bu istiqamətdə hərtərəfli təbliğat aparmalıyıq. Ermənilərin 20-30, 40-50 və daha çox ildir bu cür qondarma tarix quraşdırdıqlarını dünyaya çatdırmalıyıq. Bu gün onlar Kəlbəcərdən, Ağdamdan və digər ərazilərimizdən köçüb gedirlər, amma gedərkən torpağa bu cür qondarma yazılı daşlar basdırırlar ki, sabah beynəlxalq komissiya yaradılsa və bu məsələni araşdırsa, bu daşları “üzə çıxara” bilsinlər və özlərinin bu ərazinin “qədim sakinləri olduğunu” “sübut etsinlər”. Odur ki, biz tədbirlər görməliyik. Bu saxtakarlığı təsdiqləyən bütün faktları toplayıb beynəlxalq qurumlara çatdırmalıyıq” - deyə T.Əliyev vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ