Türkiyə Respublikasının İstanbul şəhərindən Erdal Aksoy Prezident İlham Əliyevə müraciət edib:
“Sizi Türkiyədən salamlamaqdan qürur duyuram. Biz bir millət, iki dövlətik!
Sizin dərin zəkanız, mükəmməl diplomatik fəaliyyətiniz və xalqınıza olan sevginiz hamını qarşıdakı parlaq Qələbəyə ümidləndirir
…Hər gün televiziyadakı çıxışlarınızı, yeni Qələbə xəbərlərini böyük qürur hissi ilə izləyirik. Sizin türk kanallarına, eləcə də dünyanın bir çox məşhur KİV-inə verdiyiniz müsahibələri diqqətlə dinlədik. Sizinlə fəxr edir, qürur duyuruq. Siz haqlı tərəfsiniz, Sizin zəfər çalacağınıza əminik.
Sizə çox çətin və məsuliyyətli işinizdə böyük uğurlar arzu edirəm. İnşallah, tezliklə bütün Azərbaycan xalqına böyük Qələbə sevinci yaşadacağınıza ürəkdən inanırıq.
Biz Sizinləyik və Sizə duaçıyıq. Sizi və qardaş Azərbaycan xalqını ürəkdən dəstəkləyirik. Allah Sizi və bütün əsgərləri qorusun! Vətən müharibəsində Azərbaycan Ordusuna Qələbə arzulayırıq!
Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!”.
Baki-xeber.com