Ağdam rayonundan 66 saylı köçkün tam orta məktəbin kollektivi adından Əzizov Rahil Rəhbər oğlu Prezident İlham Əliyevə müraciət edib.
“Sizin rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusunun cəbhədə qazandığı qələbələr xalqımızı qürurlandırır. Biz Sizinlə və qəhrəman əsgərlərimizlə fəxr edirik. Bu zəfər yolunda daim yanınızdayıq, cənab Prezident. Allah Sizi və ordumuzu qorusun.
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!” - deyə müraciət müəllifi qeyd edib.