“İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda müzəffər Azərbaycan Ordusunun apardığı döyüşlər Azərbaycan gənclərində şücaət hissi oyadır. Torpaqlarımızın bütövlüyünün bərpası uğrunda öz canını, qanını düşünmədən fəda edən, düşmənin məkrli əməlləri qarşısında qəhrəmancasına döyüşən igid vətən oğullarının olduğunu görmək Azərbaycan gənclərini qürurlandırdı, fərəhləndirdi və vətənpərvərlik ruhunu daha çox gücləndirdi.
...Azərbaycan gəncləri Sizin iradənizə inanır, apardığınız daxili və xarici siyasəti sonuna qədər dəstəkləyirlər. İnamla davam etdirdiyiniz bu çətin, şərəfli və qürurverici yolda əzmlə irəliləyərkən Azərbaycan xalqı Sizin yanınızdadır.
Biz birlikdə güclüyük! Yaşasın müzəffər Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!”
Bunu Yeni Azərbaycan Partiyasının Şəki şəhər təşkilatının Gənclər Birliyinin sədri Ələkbərli Ziyad Valeh oğlu Prezident İlham Əliyevə müraciətində bildirib.