05/12/2020 12:18
728 x 90

Baş prokuror Ermənistanın xaricdən gətirdiyi muzdlu “başkəsənlər” barədə təkzibolunmaz faktlar ortaya qoydu

Ermənistan 91 nəfər dinc azərbaycanlını qətlə yetirib

img

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 nəfər dinc sakin həlak olub.

 

“Trend”-in məlumatına görə, bunu oktyabrın 30-da keçirilən brifinqdə baş prokuror Kamran Əliyev deyib.

 

Onun sözlərinə görə, təxribat nəticəsində 400 nəfər dinc sakin yaralanıb: "Ermənilərin təxribatı nəticəsində Azərbaycanın yaşayış məntəqələrində 2442 yaşayış evi dağılıb, 92 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb. Həmçinin erməni təxribatları zamanı 428 mülki obyektə ziyan dəyib".

K. Əliyev deyib ki, həlak olanların 1-i körpə, 10-u uşaq, 27-si qadın, 53 nəfəri kişidir. Həlak olanların 15 nəfəri ahıl yaşlı insanlardır.

K.Əliyev bildirib ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmən ölkənin silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı hücumları nəticəsində 7 ailənin bütün üzvləri həlak olub, 4 uşaq hər iki valideynini itirib”.

Onun sözlərinə görə, ermənilər çox təhlükəli silahlardan istifadə edərək 5 halda "Scud" raketlərindən istifadə ediblər. Onlardan 3-ü Gəncəyə, 1-i Qəbələyə və 1-i Kürdəmirə atılıb.

Ermənilər həmçinin "Smerch" raketlərin dən də istifadə ediblər, bunlar da kaset bombalarıdır. Onlar Qafqazın ən böyük elektrik stansiyası olan Mingəçevir İstilik Elektrik Stansiyasını, Bakı-Ceyhan neft kəmərini, Bakı-Novorossiysk neft kəməri, Bakı-Oğuz-Qəbələ su kəmərini vurmağa cəhd ediblər".

Kamran Əliyev deyib ki, Ermənistan döyüş meydanında uğursuzluqlarını ört-basdır etmək istəyir. Ermənistanın muzdlu döyüşçülərdən istifadə etdiyi artıq təsdiqini tapıb. Həmin muzdluların altısı barədə beynəlxalq axtarış elan edilib və onların vətəndaşı olduqları dövlətlərlə əlaqə saxlanılıb.

Kamran Əliyev bildirib ki, döyüşlərdə muzdlu kimi iştirak edən Yunanıstan, Liviya, Suriya, Gürcüstan, Fransa və ABŞ vətəndaşları barədə də araşdırmalar aparılır. İstintaqın nəticəsində onlar barədə cinayət işinin başlanıb-başlanmaması, barələrində axtarış elan olunub-olunmamasına dair qərar veriləcək.

Baş prokuror əlavə edib ki, Hərbi Prokurorluğun apardığı istintaqda da Ermənistan tərəfindən muzdluların döyüşlərdə iştirak etməsi təsdiqlənir.

Baş prokuror deyib ki, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən 4 yüksək rütbəli erməni məmuru beynəlxalq axtarışa verilib. Onun sözlərinə görə, Azərbaycanın istintaq orqanları tərəfindən Ermənistan nümayəndəsi, özünü qondarma "DQR"in prezidenti elan edən Araik Arutyunyan, köməkçisi David Babayan, qondarma rejimin "müdafiə naziri" adlandırılan Cəlal Arutyunyan və deputat Armen Babacanyan barədə cinayət işi başlanıb: "Onlar müharibə cinayətləri törətməkdə təqsirləndirilərək istintaqa cəlb edilmələri barədə qərar qəbul edilib. Həmçinin, həmin şəxslərin həbs edilməsi barədə Azərbaycan məhkəməsi qərar qəbul edib, onların tutularaq istintaqa cəlb edilməsi barədə İnterpola məlumat verilib".

Əlavə edib ki, Ermənistan tərəfdən Dağlıq Qarabağa gətirilərək Azərbaycana qarşı döyüşən 6 muzdlu şəxs barəsində axtarış elan edilib.

Onun sözlərinə görə, araşdırmalarla müəyyən edilib ki, Gürcüstan vətəndaşı olan Çaxaryan soyadlı şəxs Ermənistan tərəfindən muzdlu kimi döyüşlərə cəlb edilib və o, cinayətkar dəstə yaradaraq Azərbaycana qarşı döyüşür: "Bununla yanaşı, Fransa vətəndaşı Minatanyan, Hovsepyan, ABŞ vətəndaşı Badasyan və Fransa vətəndaşı Artur Avanesyan barəsində axtarış elan edilib. Həmin şəxslər özləri ilə bərabər digər şəxsləri də döyüşlərə cəlb ediblər. Onların olduqları ölkələrə tərəfimizdən bildiriş verilib və həmin şəxslərin istintaqa cəlb edilməsi barədə qərar qəbul olunduğu bildrilib".

K.Əliyev deyib edib ki, hazırda istintaqda Livan, Gürcüstan, Yunanıstan və digər ölkə vətəndaşlarının da döyüşlərə cəlb edilməsi barədə məlumatlar var: "Onların barəsində araşdırmalar aparılır. Həmin şəxslər barədə araşdırmalar başa çatandan sonra onlar barədə də beynəlxalq axtarış elan ediləcək.

“Sentyabrın 27-dən bu günə qədər Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri əsasən Ermənistan ərazisindən endirilib” – deyən Baş prokuror Kamran Əliyev bildirib ki, əldə olunan əməliyyat və istintaq sübutlarına görə, ermənilər dinc sakinlərə Vardenis rayonu ərazisindən raketlər atıb: "Bəzi hallarda isə onlar Kəlbəcərdən və Dağlıq Qarabağ ərazisindəki hərbi bazalardan Azərbaycanın dinc sakinlərinə raket zərbələri endiriblər. Müəyyən edilib ki, dinc sakinlərə 7 halda "Scad", 34 halda "Smerch", 5 halda kaset bombaları, 177 halda isə qrad zərbələri endirilib".

Baş prokuror qeyd edib ki, istintaqın nəticəsinə görə, Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri endirmək tapşırığını Dağlıq Qarabağ ərazisində olan Ermənistan nümayəndəsi, özünü qondarma "DQR" prezidenti adlandıran Araik Arutyunyan göstəriş verir: "Onun tapşırığı ilə Azərbaycanın dinc sakinlərinə raket zərbələri endirilib. Həmin raket zərbələri nəticəsində dağılmış ərazilərdə ekspertiza keçirilib. Araşdırmalarla müəyyən edilib ki, Ermənistanda həmin raketlərin yalnız yüksək vəzifəlilərin tapşırığı ilə istifadəsinə icazə verilir. Arutyunyan və digər vəzifəlilər sosial şəbəkələrdə Azərbaycan əhalisinə raket atəşi açmaq barədə məlumatlar da yayır. Məqsəd əhalini qorxutmaq, panika yatmaqdır".

Baş prokuror bildirib ki, erməni təcavüzü nəticəsində Azərbaycanın yaşayış məntəqələrinə və əhaliyə dəymiş ziyan müəyyənləşdirilir: "Bununla bağlı 350 şahid, 1715 zərərçəkmiş dindirilib, 17 kriminalistik, 290 məhkəmə ekspertizası təyin edilib".

Son xəbərlər