Cümə günü, 16 oktyabr 2026
     

Azad edilmiş rayonlarda xüsusi idarəetmə strukturları - mövcud yerli icra hakimiyyəti sistemindən fərqli nə əldə edəcəyik...

Image


Oktyabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman imzalayıb.

Fərmanda deyilir: “Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər ərazilərini işğaldan azad etmişlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində uğurlu əməliyyatları davam etməkdədir”.

Ölkə başçısı işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli, 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alır ki, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılsın”.

Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin etsin və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil etsin, müvəqqəti komendantlıqlar öz fəaliyyətini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirsinlər. Fərmanda, həmçinin, bildirilir ki, müvəqqəti komendantlıqların nəzdində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin, müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılsın.

Respublikamızda ərazilərin idarə olunması ilə bağlı yerli icra hakimiyyətləri orqanları mövcuddur, işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili üzrə komendantlıqların yaradılması hansı zərurətdən irəli gəlib, burada hansı yeniliklər, yeni idarəetmə üsulları olacaq?

“Müvəqqəti komendantlıqda təmsil olunan qurumlar bu ərazilərdə öz vəzifələrini tam olaraq yerinə yetirdikdən sonra...”

“Konstitutsiya” Araşdırmalar Fondunun rəhbəri, tanınmış hüquqşünas, ekspert Əliməmməd Nuriyev “Bakı-Xəbər”ə sözügedən Fərmanı şərh edərkən bildirdi ki, bu sənəd həm hüquqi, həm də siyasi baxımından vacib bir sənəddir: “Azərbaycanda keçmiş təmas xəttində, müxtəlif sərhədboyu zonalarda, müharibə gedən ərazilərdə və eləcə də bir sıra şəhərlərdə hərbi vəziyyət elan olunub. Müharibə vəziyyətilə əlaqədar bir sıra yeni idarəetmə strukturlarının yaradılması zəruri idi. O cümlədən də xüsusi komendantlıqların yaradılması qanunvericiliklə yolveriləndir. Prezidentin xüsusi komendantlıq strukturlarının yaradılması ilə bağlı Fərmanı zərurətdən irəli gələn məsələdir. O torpaqlar işğaldan azad olunsa da, həmin ərazilərdə xüsusi fövqəladə vəziyyət var. Nə mənada? Birincisi, işğaldan azad edilən ərazilərimizdə hər an düşmən təxribatı baş verə bilər. İkinci tərəfdən, bu ərazilərimizdə minalanmış çoxlu sahə var, bu da çox ciddi problemlərə gətirib çıxara bilər. Eyni zamanda, həmin əraziyə mülki əhalinin daxil olması onun həyatı üçün çox ciddi təhlükə yarada bilər. Onu da deyim ki, həmin ərazilərdə infrastruktur tamamilə məhv edilib, faktiki olaraq, orada yaşamaqla bağlı çox ciddi təhlükələr var. Oradakı problemlər hər an insan həyatı üçün təhdid yarada bilər. Nəinki ayrı-ayrı vətəndaşlar, eləcə də mülki dövlət orqanları üçün də burada problem ola bilər. Bu səbəbdən də cənab Prezident işğaldan azad olunmuş şəhər və rayonlarımızda yeni idarəetmə orqanlarının - xüsusi müvəqqəti komendantlıqların yaradılması ilə bağlı Fərman imzalayıb. Bu müvəqqəti komendantlıqların yaradılması həm qanunun tələblərindən irəli gəlir, həm də mövcud situasiya ilə bağlı olan məsələdir. Təsadüfi deyil ki, həmin yaradılacaq müvəqqəti komendantlıqların idarəetmə sisteminə infrastrukturu yaratmaq imkanında olan müxtəlif nazirliklərin, mərkəzi idarəetmə orqanlarının, eyni zamanda da işğaldan azad edilən şəhər və rayonların icra hakimiyyətinin nümayəndələri daxildir. Yəni, ilkin olaraq, işğaldan azad edilən ərazilərimiz əhali üçün yaşamaq şəraitinə gətirilib çıxarılmalıdır. Ona görə də belə bir idarəetmə strukturu yaradılır. Həmin ərazilərə xüsusi icazə ilə daxil olmaq mümkün olacaq. Ora yalnız müxtəlif işlərin görülməsi üçün qeyd edilən dövlət qurumlarının nümayəndələri, mütəxəssislər gələcək, eyni zamanda, ANAMA orada ərazilərin minalardan təmizlənməsi üçün fəaliyyət göstərəcək.

İşğaldan azad edilən ərazilərdə yalnız bu formada idarəetmə ilə insanların normal yaşamasını təmin etmək mümkün olacaq. Müvəqqəti komendantlıqda təmsil olunan qurumlar bu ərazilərdə öz vəzifələrini tam olaraq yerinə yetirdikdən sonra bu ərazilərdə idarəetmə mülki idarəetmə orqanlarına veriləcək. Hazırkı şəraitdə isə bu mümkün deyil. Qeyd etdiyim kimi, bu ərazilərdə hər an düşmən təxribatı mümkündür. Baxın, döyüş bölgəsindən 40-60 kilometr uzaqda yerləşən mülki obyektlərimiz erməni faşistləri tərəfindən vurulur. Gəncədə, Bərdədə baş verən düşmən təxribatları bizə böyük faciələr yaşatdı, Tərtər hər gün düşmən tərəfindən vurulur. Ağcabədinin, Ağdamın və digər rayonlarımızın yaşayış məntəqələrini düşmən hər gün atəşə tutur. Hətta Bakıətrafı rayonlar da düşmən tərəfindən uzaqmənzilli raketlərlə atəşə tutulub, bizim hərbi havadan müdafiə qüvvələri zamanında bu halın qarşısını aldılar, raketlər partlamadı”.

Ə.Nuriyev qeyd etdi ki, düşmən cəbhədən kilometrlərcə uzaqda yerləşən yaşayış məntəqələrimizi raket atəşinə tutursa, görün, 30 il müddətində işğal altında olan torpaqlarımızda hansı cinayətlər törədiblər, indi onların hamısı bizə məlum olur, amma hələ də bizə məlum olmayan digər məsələlər də var. “Bu 30 il müddətində düşmən tərəfindən həmin ərazilərimizdə ekoloji vəziyyət çox acınacaqlı duruma salınıb. Yəni indi işğaldan azad edilən torpaqlarda insanların yaşaması üçün minimal standartların yaradılması məqsədilə belə fövqəladə idarəetmə sisteminin - müvəqqəti komendantlıqların yaradılmasına ehtiyac vardı, bu, “Hərbi vəziyyət haqqında” Qanundan irəli gələn məsələdir. Hələ torpaqlarımızın işğaldan azad edilməsi prosesi davam edir və düşmən məkrlidir, ona görə də bu cür idarəetmə sisteminin yaradılması bir zərurətdir. Hesab edirəm ki, müvəqqəti komendantlıqların idarə olunmasının Daxili İşlər Nazirliyinə verilməsi məntiqə və hüquqa uyğun addımdır. Dünyanın bir çox ölkəsində də işğaldan azad edilən ərazilərdə müvəqqəti fövqəladə rejim, komendantlıqlar yaradılır. İşğaldan azad edilən ərazilərimizdə hər an çox təhlükəli hadisələr baş verə, mülki əhali üçün təhdidlər yarana bilər, buna görə də müvəqqəti komendantlıq idarəetmə sistemi seçilib” - deyə Ə.Nuriyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ