Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycan Ordusunun uğurlu əməliyyatları Ermənistanı total iflas həddinə çatdırdı - Paşinyan çıxılmaz durumda...

Image


Ermənistanın Baş naziri Nikol Paşinyanın yürütdüyü avantürist siyasət bu ölkəni xəyanətlər, fərarilik və xaos girdabına düçar edib. Bu gün Ermənistanda, sözün həqiqi mənasında, xaos, özbaşınalıq, qarmaqarışıqlıq hökm sürür, bütün bunların baiskarı isə anavtürist Paşinyandır. Təcavüzkar ölkənin işğalçı Baş naziri şirin yalan vədlərlə aldadaraq, bəzən də zorla, məcburi şəkildə erməniləri cəbhəyə aparır, lakin cəbhədə yaşanan davamlı məğlubiyyətlər Paşinyanın taleyini tükdən asılı vəziyyətə gətirib çıxarıb.  

 

Məsələ bundadır ki, Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə bilmir, illərdir erməni əhalisində güclü ordu barədə yaradılmış mif dağılır. Son 20 gündə artıq Ermənistan ordusunda 4 yüksək vəzifəli şəxs işdən qovulub. Oktyabrın 8-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Argişti Kərəmyan, oktyabrın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Vaqinak Sarkisyan, oktyabrın 27-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat İdarəsinin rəisi, general-mayor Ohannes Karumyan  və eyni gündə Sərhəd Qoşunlarının qərargah rəisi Qagik Tevosyan vəzifəsindən uzaqlaşdırılıb. Onlar xəyanətdə ittiham edilir.

Eyni zamanda, Ermənistanda insanlar evlərindən silah gücünə hərbi komissarlıqlara, oradan isə birbaşa döyüşə aparılır. Hakimiyyətə qarşı kütləvi itaətsizlik, fərarilik o həddə çatıb ki, N.Paşinyan Ermənistanın ədliyyə nazirinin müavini Vahe Danielyanı oktyabın 28-də vəzifəsindən azad edərək, maaşını saxlamaqla cəhbəyə göndərdiyini açıqlayıb. Bu da fərarilik hallarının qarşısını almağa kömək etməyib. Görünür, bu adla V.Danielyanın vəzifəsindən uzaqlaşdırılması həm də fərarilərə qarşı ədliyyə orqanlarının tədbirlər görə bilməməsi ilə bağlıdır, bu yolla Paşinyan hakimiyyət nümayəndələrini cəzalandırmağa çalışır.

Ermənistanda, həmçinin, insanlar təkcə ordunun acı məğlubiyyəti, ölkədə hərc-mərclik, özbaşınalıqdan deyil, həm də günü-gündən ağırlaşan sosial-iqtisadi durumdan ciddi narazıdırlar. Hazırda Ermənistanda ərzaq da daxil olmaqla əksər məhsulun qiymətində artım müşahidə olunur ki, bu da onsuz da ciddi sıxıntılar içində olan sıravi insanların vəziyyətini daha da ağırlaşdırır.

Ermənistanda hakimiyyət içindəki qüvvələr, klanlar arasında qarşıdurma və ziddiyyətlər o qədər kəskinləşib ki, ölkədə tam xaos hökm sürür.

  • “Hətta Paşinyan istefa versə belə Ermənistan bu siyasi böhrandan çıxa bilməyəcək”

Paşinyanın üzündən Ermənistanda yaşananları şərh edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hesab edir ki, işğalçı dövlət hələ indən sonra daha da pis vəziyyətə düşəcək. Paşinyan hökumətinin işğalçılıqdan əl çəkməli və Azərbaycan torpaqlarından öz işğalçı hərbi birləşmələrini təcili surətdə çıxarmalı olduğunu deyən A.Nağının fikrincə, nə qədər ki, bunlar baş verməyib, düşmən ölkədə xaos daha da dərinləşəcək və bu da erməni xalqına müsbət heç nə vəd etmir. “Bu gün cəbhədə Ermənistanın işğalçı silahlı birləşmələri Azərbaycan Ordusu qarşısında heç nə edə bilmir, aciz vəziyyətə düşüblər. Ermənistan tamamilə gücsüzdür və onun bütün resursları tükənib, iflas edib. Ermənistanı indiyə qədər silahlandıran ölkələrdən də artıq silah gəlmir. Bu gün Ermənistanın nə silah, nə də insan ehtiyatları qalıb. Düşmən ölkədə həm siyasi, həm hərbi, həm də iqtisadi böhran o həddə çatıb ki, insanlar açıq şəkildə etiraz edirlər. Gənclər müharibədən müxtəlif yollarla yayınır, hər yerdən çarəsi kəsilən Paşinyan yaşlıları, qadınları və uşaqları zorla cəbhəyə göndərir, yenidən döyüş bölgəsinə muzdluları gətirmək üçün də vaxtları azdır, Ermənistan tamam iflas vəziyyətindədir. Bu da Azərbaycan Ordusunun qələbələri, gücü ilə bağlıdır, ordumuz düşmənin silahlı birləşmələrini darmadağın edib. Ermənistan ordusunun dağılması, hərbçilərin döyüşmək istəməməsi, düşmən ordusunda fərariliyin günü-gündən artması, aclıq-səfalət, ərzaq qıtlığı Ermənistanda ciddi xaos yaradıb. Düşmən ordusundakı fərarilik, paşıpozuqluq, nizamsızlıq bu ölkədə siyasi böhrana səbəb olub. Yəni hakimiyyət strukturları artıq işləmir, fəaliyyət göstərməkdən imtina edən qurum rəhbərləri vəzifədən kənarlaşdırılır, həbs edilir, bəziləri cəbhəyə göndərilir, onların yerinə isə başqaları təyin edilir. Yeni təyin edilənlər də onlara tapşırılan işlərin öhdəsindən gələ bilmirlər. Bu gün Ermənistanı tamamilə siyasi böhran bürüyüb və düşmən ölkədə hərc-mərclik, xaos günü-gündən dərinləşir. Ermənistanın bu böhrandan çıxması mümkün deyil.

Hətta Paşinyan istefa versə belə Ermənistan bu siyasi xaosdan, siyasi böhrandan çıxa bilməyəcək. Bunun hamısı da həm Azərbaycan Ordusunun qələbələri, uğurlu hərbi əməliyyatları, həm də artıq beynəlxalq aləmdə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi, müdafiə olunması ilə bağlıdır. Ermənistan artıq beynəlxalq təşkilatlardan əvvəlki dəstəyi ala bilmir, ümid etdiyi dövlətlər də ondan üz çevirib, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da dəstəyi yoxdur, informasiya dəstəyi də iflasa uğrayıb. Paşinyan hökuməti müvəqqəti də olsa ömrünü uzatmaq üçün yalan danışmaqla məşğuldur. Qənaətimə görə, yalan danışmaqla Paşinyan ölkədən qaçıb getmək üçün özünə şərait hazırlayır ki, çıxıb getsin, canını xalqın mühakiməsindən qurtarsın, özünə haradasa sığınacaq tapıb gözləsin. Amma gizlənə bilməyəcək. Paşinyan Azərbaycan dövlətinin tələbilə qurulacaq haqq-ədalət məhkəməsindən canını qurtara bilməyəcək”.

A.Nağı hesab edir ki, qələbədən sonra Azərbaycan mütləq şəkildə Paşinyan və ondan əvvəlki Ermənistan rəhbərliyinin üzərində beynəlxalq məhkəmənin qurulmasına nail olmalıdır. A.Nağı qeyd etdi ki, bununla yanaşı, Paşinyan erməni xalqının qəzəbindən xilas ola bilməyəcək, hara qaçsa, xilas olmayacaq. “Ermənistanın bu şəkildə xaotik vəziyyətə gəlib çatması Paşinyanın çirkin əməllərinin göstəricisidir. Düşmən ölkədə siyasi böhran dərinləşdiyinə görə artıq dövlət strukturları işləmir, iqtisadiyyat çöküb, ərzaq çatışmazlığı var. Əvvəllər yenə də xaricdən ərzaq gəlirdi, amma indi o da kəsilib. Bunun nəticəsində də düşmən ölkədə ərzaq qıtlığı, bahalaşma, möhtəkirlik yaranıb. Yəni Ermənistan tamamilə iflas ərəfəsində yox, iflas içərisindədir. Ermənistan üçün də ən pisi odur ki, vəziyyəti düzgün qiymətləndirib doğru nəticə çıxara bilmirlər. Bu da ondan ibarətdir ki, Ermənistan ordusu nə qədər gec deyil Azərbaycan dövləti, Azərbaycan Ordusu qarşısında təslim aktını imzalamalıdır, ağ bayraq qaldırmalıdır. Ermənistan bu addımı atmazsa, daha dərin uçuruma düşəcək, daha ağır fəlakət içində çabalamalı olacaq” - deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ