Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycan Prezidenti regionumuzda postmüharibə dövründə qüvvələr nisbətinin əsas əlamətlərini göstərdi – Nələr gözlənir...

Image


Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində qeyd edib ki, müharibədən sonra bizim regionda yeni geosiyasi vəziyyət yaranacaq.

Ölkə başçısı bunun necə olacağı ilə bağlı bir sıra məsələlərə toxunub: “Əlbəttə, münaqişədən əvvəlki kimi olmayacaq. Biz regionda geosiyasi düzümü çox cəhətdən dəyişmişik. O, artıq dəyişib və bir çox stereotiplər keçmişdə qalıb. Məsələn, Rusiya və NATO arasındakı qarşıdurma kimi. Siz indi baxın, Rusiya və NATO-nun üzvü olan Türkiyə daha çox səmimi və etimada əsaslanan əlaqələrə malikdirlər, nəinki Türkiyə ilə NATO üzvü olan hər hansısa başqa ölkə. Bunlar əvvəl yox idi, bunlar yeni reallıqlardır. Buna görə də, bax, belə dəqiq strukturlaşdırılmış stereotip geosiyasi təfəkkürdə ikinci plana keçir. Mən hesab edirəm ki, bu, müsbət amildir. Çünki reallıqları əsas götürmək lazımdır, reallıqları isə siyasətçilər öz fəaliyyətləri ilə yaradırlar. Düşünürəm ki, bu gün bizim regionda regionun gündəliyini müəyyən edən, əməkdaşlığa istiqamətlənən aparıcı siyasi xadimlər arasında çox müsbət əməkdaşlıq formatı yaranır. Çünki bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıqdan danışmaq olar. Bizim üçtərəfli formatımız mövcuddur. Düşünürəm ki, gün gələcək, biz artıq dördtərəfli formatda da fəaliyyət göstərəcəyik. Bu, həm tarixi, həm iqtisadi, həm nəqliyyat, həm geosiyasi və ən başlıcası, bu, regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından təbii olacaq”.

Prezidentin fikrincə, indi Ermənistan yad cisim olmamalı və işğala son qoymalı, Azərbaycan ilə, Türkiyə ilə münasibətləri normallaşdırmalıdır: “Bu, onlara yalnız fayda gətirə bilər, başa düşürsünüzmü, yalnız fayda. Bütün kommunikasiyalar açılacaq, onlar inteqrasiyalı enerji, nəqliyyat layihələrinin bir hissəsi, ümumi təhlükəsizlik sisteminin bir hissəsi olacaqlar. Buna görə regionun belə konfiqurasiyası hamının xeyrinədir”.

Bütün bu deyilənlərin fonunda, sözügedən yeni geosiyasi vəziyyətin Azərbaycan üçün hansı üstünlükləri olacaq? Hansısa problemlərimiz ola bilərmi?

  • “Müharibədən sonrakı dövrdə region dövlətlərinin Cənubi Qafqazda fəallığının artması tendensiyası müşahidə olunacaq”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili, politoloq Elman Nəsirov bununla bağlı bir sıra məqamlara aydınlıq gətirdi: “Cənab Prezident müsahibəsində həm müharibə dövründəki reallıqları, həm də müharibədən sonrakı dövrlə bağlı fikirlərini açıqladı. Eyni zamanda, regiondakı geosiyasi vəziyyətdə də dəyişikliklərin olacağını qeyd etdi. Ancaq, ilk növbədə, sözüedən geosiyasi dəyişiklikləri şərtləndirən dövlət Azərbaycandır. Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun cəbhədə əldə etdiyi uğurlardır. Bütün bunlar ölkəmizin regionda olan geosiyasi nüfuzunu əhəmiyyətli şəkildə artıracaq və bunun bütün əlamətləri göz qabağındadır. Azərbaycanın əldə etdiyi qələbələr, uğurlar vaxtilə bizə qarşı olan, insan hüquqlarının müdafiəsi ilə məşğul olan müəyyən təşkilatların da mövqeyinə təsir edib. Artıq onlar da Azərbaycanla bağlı bəzi obyektiv materiallar dərc edirlər. Ona görə də hesab edirəm ki, indiki şəraiti formalaşdıran Azərbaycan dövlətinin gücüdür. Bütün bunlar müharibədən sonrakı geosiyasi reallıqları şərtləndirir. Bu reallıqlarla da bağlı ölkə başçısı mövqeyini bildirdi. Qeyd etdi ki, bu, ilk növbədə, ikitərəfli və üçtərəfli formatda əlaqələrin yeni məzmun kəsb etməsi deməkdir. Hətta dördtərəfli formatda da əməkdaşlıq mümkündür. Yeni geosiyasi vəziyyət bölgədə region dövlətlərinin fəallaşmasında da öz əksini tapacaq. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bölgədə Türkiyənin nüfuzu daha da genişlənəcək. Bununla belə, regionda Rusiya-Türkiyə əməkdaşlığı yeni məzmun kəsb edəcək və müsbət yöndə inkişafa doğru gedəcək. Eyni zamanda, İranın da fəallığı artacaq. İran müəyyən təkliflərlə çıxış edir. Hiss olunur ki, müharibədən sonrakı reallıqda İran özünün fəal mövqeyi ilə çıxış edir. Ümumilikdə, müharibədən sonrakı dövrdə region dövlətlərinin Cənubi Qafqazda fəallığının artması tendensiyası müşahidə olunacaq. Ancaq bütün bu reallıqlar qalib Azərbaycan kontekstində reallaşdırılacaq”.

Müharibədən sonra yaranan yeni geosiyasi vəziyyətin Azərbaycan üçün hansısa problemlər yarada biləcəyinə gəldikdə isə E.Nəsirov buna fərqli prizmadan yanaşdı: “Sülhyaratma prosesində ABŞ və Fransanın, o cümlədən, Rusiyanın həmsədr olaraq fəaliyyətinin nəticəsiz qalması diqqətdən yayınmır. Yəqin ki, Fransa və ABŞ məhz bu reallıqların fərqində olacaqlar. Yəni müharibədən sonra regiondan kənar oyunçuların sülhyaratma prosesində yeri və çəkisi azala bilər. Fransanın rolu necə arta bilər ki, birbaşa olaraq Ermənistanın yanında yer alır? Ancaq bütün bunların Azərbaycana hansısa ciddi problemlər yaradacağını düşünmürəm”.

Millət vəkili yekun olaraq onu da qeyd etdi ki, Azərbaycanın bölgədə əhəmiyyəti daha da artacaq.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ