Cümə günü, 16 oktyabr 2026
     

Uğurlu müharibə Azərbaycan diasporunun Prezidentlə həmrəylik hərəkatına yeni təkan verdi

Image


Azərbaycan Vətən müharibəsinə başlayandan sonra ölkənin daxilindən və xaricindən Ali Baş Komandana çoxlu sayda dəstək məktubları gəlir.

Həmin məktubda soydaşlarımız, diaspor nümayəndələri ölkə başçısının yürütdüyü siyasəti, onun rəhbərliyi altında cəbhədə qazanılan uğurları yüksək dəyərləndirirlər. Bu layihə çərçivəsində həmin məktubları ölkələr və ya qitələr üzrə sistemləşmiş şəkildə təqdim edəcəyik. Gəlin, Rusiya Federasiyasının müxtəlif regionlarından Prezidentə yazılan məktublara diqqət edək.

  • Milliyyətcə rus olan Rusiya vətəndaşları da Prezidentə dəstəyini ifadə edir...

Rusiya Federasiyasının Moskva şəhərindən Fyodorova Yelena Vladimirovna da Prezident İlham Əliyevə müraciət edib: “…İcazə verin, hazırda baş verən faciəli hadisələrlə əlaqədar sizlərlə həmrəy olduğumu Azərbaycan xalqına və şəxsən Sizə bildirim. Sizin kimi mən də MDBMİ-nin məzunuyam. Sizi əmin edirəm ki, Rusiyanın düşünən beyinləri – ziyalılarının əksəriyyəti mənimlə eyni fikirdədir: burnunun ucundan uzağı görməyi bacarmayan erməni siyasətbazlarının cılız ambisiyaları ucbatından cavanların qanı tökülür, dinc sakinlər həlak olur. Ümid edirəm ki, Sizin siyasi müdrikliyiniz vəziyyətin daha da gərginləşməsinin qarşısını alacaq. Rəşadətli Azərbaycan xalqına səmimi qəlbdən Qələbə və davamlı rifah arzulayıram!”

Rusiyanın Kazan şəhərindən Andrey Dmitriyev yazır: “Möhtərəm cənab Prezident. İlk öncə, Sizi Qarabağın azadlığı uğrunda apardığınız haqq savaşına görə təbrik edirəm. Azərbaycanın güclü və müstəqil dövlət kimi bugünkü uğuru bir Prezident kimi, məhz Sizin gərgin əməyinizin, fədakarlığınızın və uzaqgörən siyasətinizin nəticəsində mümkün olub.

Sizin davamlı fəaliyyətiniz bundan sonra da ölkənizin müasirləşməsi, inkişafı, rifah halının yüksəlməsi, dünyada onun rolunun möhkəmlənməsinə gətirib çıxaracaq. Sizə bu məsuliyyətli işinizdə uğurlar arzu edirəm”.

  • Hüseynovlar ailəsi Ulyanovskdan dəstək ifadə edir...

Rusiyanın Ulyanovsk şəhərində yaşayan Leyla Hüseynova və ailəsi isə Prezidentə bunları yazır:  Hörmətli cənab Prezident. “Ən çətin yol müstəqillik yoludur” – bu ölməz deyim Ümummilli lider Heydər Əliyevə məxsusdur. Sovetlər rejimi dövründə və postsovet xaosu dönəmində millətimizi, xalqımızı, dövlətimizi yüksəklərə qaldıran, bütün dünya ictimaiyyətinə azərbaycanlıların kim olduğunu və artıq onlarla hesablaşmaq lazım gəldiyini uca səslə bəyan edən Ulu Öndərin ruhu şad olsun!

İndi həmin çətin yolu Siz davam etdirirsiniz, möhtərəm İlham Heydər oğlu. Müstəqillik yolu güc-qüvvə və əlbəttə ki, qurbanlar tələb edir. Lakin bu yolla gedənə sonda xoşbəxtlik, qürur və qiyməti heç nə ilə ölçülməyən azadlıq bəxş edir.

Qürbətdə yaşayan biz azərbaycanlılar da hər zaman Sizin kədərinizə və sevincinizə şərikik. İnsanın bir anası olduğu kimi, bircə dənə də Vətəni olur, başqa Vətəni olmur. Biz nə qədər uzaqda olsaq da, harada yaşasaq da qəlbimiz Sizlərlə bir döyünür. Hörmətli İlham Heydər oğlu, Siz Azərbaycan xalqında ruh yüksəkliyi oyatdınız, milləti yumruq kimi birləşdirdiniz.

İndi gənclər rəşadət nümunələrindən tərbiyə alır. Bu Sizin hünəriniz, bizim gələcəyimizdir. Bizə yaşatdığın qürur hissinə görə çox sağ olun. Sağ olun ki, artıq başımızı dik tutub gəzə və rahat nəfəs ala biləcəyik! Bu elə bir dəyərdir ki, hər xalqa nəsib olmur. Çox sağ olun, əziz Prezidentimiz!

  • Rusiya paytaxtından da yazırlar…

Moskva şəhərində yaşayan Namiq Əlimuradov isə duyğularını belə ifadə edir: “Hörmətli cənab Prezident. Artıq bir aydır ki, doğma Vətənim sevimli Azərbaycanımda baş verən hadisələri izləyirəm. Qarabağ torpaqlarının qaytarılması uğrunda savaşda Azərbaycan Ordusunun növbəti uğuru barədə hər dəfə xəbər alanda sevinc və qürur hissləri keçirirəm. Vətəndən xeyli uzaqda olmağım heç bir zaman mənim Azərbaycana sevgimi azalda, ölkəmə görə duyduğum fəxarət hissini zəiflədə bilməz!

Cənab Prezident, Sizə, eləcə də Azərbaycan xalqına mətanət, əzm və bütün işlərdə uğurlar arzulayıram. Valideynlərimizin bizə təlqin etdiyi və Azərbaycanda yaşayan bütün xalqlara xas olan qüvvətli haqq-ədalət hissi bizi baş verən hadisələrə biganə qalmağa qoymur. Hər an Azərbaycanın köməyinə gəlməyə hazıram. Sözdə də, əməldə də! Bizim hamımıza, xüsusən də Sizə uğurlar diləyirəm, cənab Prezident. Haqq kimin tərəfindədirsə, o qalib gəlir, çünki haqq güclüdür. Qarabağ Azərbaycandır!”

  • “İndi bizim gözəl ölkəmiz yeni sınaqla üz-üzədir”

Rusiyanın Novosibirsk vilayətindən olan Mayis Məmmədov isə ölkə başçısına belə xitab edir:

“Hörmətli cənab Prezident!

Sentyabrın 27-də Ermənistanın Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə hücumuna cavab olaraq Azərbaycan Ordusunun başlatdığı və işğal edilmiş ərazilərin azad olunmasına yönəlmiş hərbi əməliyyatlar gedişində şəhid olmuş qardaşlarımıza görə “Rus–Azərbaycan Evi” Regional İctimai Təşkilatı adından və şəxsən öz adımdan bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Dinc əhali arasında həlak olanlar, yaşayış binalarında, eləcə də məktəblər və uşaq bağçaları daxil olmaqla ictimai binaların dağıdılması bizi hədsiz kədərləndirir. Dinc əhaliyə qarşı silah və güc tətbiqini biz qətiyyətlə pisləyirik. Hazırda biz – Sizin soydaşlarınız Vətəndən uzaqda olsaq da, cərəyan edən hadisələri, 30 ilə yaxın işğal altında olmuş torpaqlarımızın Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində azad edilməsi prosesini diqqətlə izləyir, haqq-ədalət mübarizəsində Sizi dəstəkləyirik, çünki həmvətənlərimizin taleyinə biganə qala bilmərik. Bizim ürəklərimiz Azərbaycanla həmahəng döyünür. Ümid edirik ki, əldə olunmuş müvəqqəti atəşkəs münaqişənin nizamlanması üçün yeni imkan yaradacaq. İnanırıq ki, tarix və beynəlxalq hüquq nöqteyi-nəzərindən haqlı olan Azərbaycan döyüş meydanlarında olduğu kimi, diplomatiya sahəsində də öz üstünlüyünü davam etdirəcək, ədalətli mübarizəsini sona çatdıraraq Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasına nail olacaq, regionda sabitliyi, sülhü və asayişi bərpa edəcək.

İndi bizim gözəl ölkəmiz yeni sınaqla üz-üzədir. Lakin ötən illərin təcrübəsi bizə inanmağı, mübarizə aparmağı və qalib gəlməyi öyrədib.

Hörmətli cənab Prezident, mən Sizin strateji siyasətinizi dəstəkləyir və qürur duyuram. İnanıram ki, qətiyyətli rəhbərliyiniz və həmişə xalqı doğru yola istiqamətləndirən müdrikliyiniz sayəsində bundan sonra da sülhü və hər kəs üçün rifahı təmin edəcəksiniz. Hansı ölkədə yaşamağımızdan asılı olmayaraq biz – soydaşlarınız Sizin siyasətinizi dəstəkləyirik, Azərbaycanda sabitlik və firavanlıq naminə əlimizdən gələni edəcəyik.

Rusiya ilə Azərbaycan arasında böyük dostluq bir çox nəsillərdən bəri davam edir, Rusiya və Azərbaycan xalqları çətin vəziyyətdə bir-birlərinə kömək etməyə həmişə hazırdırlar. Ümidvaram ki, Rusiya – Azərbaycan dostluğu illər keçdikcə hər iki dövlətin tərəqqisi, rifahı və əməkdaşlığı naminə daha da dərinləşəcək, inkişaf edəcək və möhkəmlənəcək”.

  • Rusiyadakı veteran futbolçularımız da haqq səsimizə dəstək verir...

“Neftçi”nin Rusiyada yaşayan veteranları da Prezident İlham Əliyevə məktub yollayıb. Məktubun mətnində bildirilir:  

“Hörmətli İlham Heydər oğlu!

Biz, “Neftçi” futbol klubunun Rusiyada yaşayan veteranları SSRİ idman ustaları:Tofiq Abbasov, Rafiq Əli-Zadə, Rinat Kamalitdinov, Rafiq Quliyev, Vyaçeslav Lyoqkiy, Nikolay Smolnikov, İqor Çeremisov, Vitali Şevçenko 30 il əvvəl işğal olunmuş torpaqlarımızın rəşadətli, müzəffər Azərbaycan ordusu tərəfindən azad edilməsini diqqətlə izləyirik. Xilaskar həmyerlilərimizlə fəxr edir, sülh və ədalətin təntənəsi üçün öz oğullarını müqəddəs savaşa yola salmış analarla birgə həyəcan keçiririk. İnanırıq ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın üçrəngli bayrağı tezliklə Qarabağda, onun mirvarisi Şuşada dalğalanacaq, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir qarabağlının evində sülh bərqərar olacaq!”

  • “Rusiyadakı diaspor fəallarımız həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəallıq göstərir”

Rusiyadakı soydaşlarımızın  bu ovqatı ilə bağlı həmin ölkənin Kirov şəhərindəki Azərbaycan diasporunun lideri, “Birlik” cəmiyyətinin sədri Osman Alıyevin  fikirlərini öyrəndik. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu gün nəinki Rusiyadakı, eləcə də bütün dünyadakı soydaşlarımızın ürəyi Azərbaycanla vurur: “ Azərbaycanda hazırda tariximizin ən şərəfli səhifəsi yazılır. Biz itirilmiş torpaqlarımızı geri qaytarmaqla yanaşı, həm də milli kimliyimizi subut edirik. Azərbaycandan kənarda ermənilər müharibədə qazandıqları müvvəqti uğura görə  başlarını dik tutub gəzirdilər. Elə bilirdilər ki, əbədiyən qalib olacaqlar. Amma tərsini gördülər. Prezidentimiz müsahibələrinin birində dedi ki, biz müharibəni yox, döyüşü uduzmuşduq. Bəli, bu gün döyüş meydanında subut olunur ki, bizə qalib gəlmək asan məsələ deyil.  Prezidentə gələn dəstək məktubları Rusiyadan ifadə olunan məhəbbətin çox cüzi bir hissəsidir. Çünki  milyonlarla insanın hissələrini yalnız məktublar vasitəsilə çatdırmaq olmur. Biz Rusiyada yaşayan azərbaycanlılar bütün varlığımızla cənab Prezidentin arxasındayıq. Hətta lazım gələrsə, əlimizə silah götürüb torpaqlarımızın azadlığı üçün döyüşməyə də hazırıq. Əminik ki, Ali Baş Komandanımız başladığı bu işi qələbə ilə sona çatdıracaq. Biz haqq yolundayıq. Öz mənliyimizin, ləyaqətimizin qorunması üçün müharibə edirik. Ermənilərin apardığı müharibə isə çox iyrəncdir. Rusiyadakı diaspor fəallarımız həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəallıq göstərir. Eyni zamanda, Ordumuza əlimizdən gələn maddi və mənəvi dəstək veririk. Ermənistanın dinc əhalini qətlə yetirməsilə bağlı materialları da  Rusiya ictimaiyyətinə tam təfsilatı ilə çatdırırıq”.

Müsahibiz bildirdi ki, verilən dəstəyin daha da artırılması istiqamətində ciddi işlər görürlər.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ