İzmir şəhərində baş verən zəlzələdə azərbaycanlıların xəsarət alması ilə bağlı hələ ki, məlumat daxil olmayıb.
Bu barədə baki-xeber.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyi İzmir valiliyi və Türkiyənin Fövqəladə Hallar Nazirliyi ilə əlaqə yaradır: "Bu xüsusda hər hansı əlavə məlumat olduğu zaman ictimaiyyətə məlumat veriləcək".