03/12/2020 14:45
728 x 90

"Dəmir Günbəz"i azərbaycanlı dostlarımızla bölüşməliyik" - İsrailin Azərbaycandakı sabiq səfiri

img

Biz "Dəmir Günbəz" sistemini azərbaycanlı dostlarımızla bölüşməliyik. Sputnik Azərbaycan xəbər verir ki, bunu İsrailin Azərbaycandakı sabiq səfiri Artur Lenk "Twitter" səhifəsində yazıb.

İsraildən olan diplomat "The New York Times" qəzetinin ermənilərin Bərdədə törətdiyi cinayətdən bəhs edən məqaləsini paylaşaraq bunları yazıb: "Sderot, Aşkelon, Beer Şeva şəhərlərindən olan israillilər bu hekayəni tanıyacaqlar. Döyüş sahəsindəki itkiləri "balanslaşdırmaq" üçün mülki insanlara raketlər atılır. "Dəmir Günbəz" sistemimizi azərbaycanlı dostlarımızla bölüşməliyik".

Xatırladaq ki, A.Lenk 2005-2009-cu illərdə İsrailin Azərbaycanda səfiri olub.

Son xəbərlər