“Mən məktəbliyəm. Azərbaycanı çox sevirəm. Düşünürəm ki, atamın mənə məktəb ləvazimatı almaq üçün verdiyi 100 türk lirəsini Azərbaycanın Silahlı Qüvvələrinə bağışlamağım, İnşallah, əsgərlərimizə mənim töhfəm olar. Mən isə hələlik köhnə dəftərimdən, qələmlərimdən istifadə edə bilərəm.
Həmin pulun əsgərləriniz olan böyük qardaşlarıma daha çox kömək olacağına ümid edirəm. İnşallah, Qələbə Sizinlədir.
Allah əsgərlərimizin ayağına daş, gözünə yaş salmasın”.
Bu sözləri Türkiyə Respublikasının Balıkesir şəhərindən Berkut Gencay Sarıkız Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com