29/11/2020 23:55
728 x 90

Sizin və Mehriban xanımın sayəsində qələbəyə doğru getməyə nail oluruq – Ramil və Vüqar Namazovların Prezident Əliyevə məktubu...

img

“Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı Sizin düşünülmüş, uzaqgörən siyasətiniz sayəsində Azərbaycan tarixinə qızıl hərflə yazılacaq.

Sizin komandanlığınızla Milli Ordumuzun əldə etdiyi zəfərlər xalqımız qürür hissləri yaşatdır. Sizin prezidentliyiniz dövründə Azərbaycan çoxlu sayda uğur əldə edib, iqtisadi çətinliklərin öhtəsindən gəlib, siyasi sferalarda, xüsusilə də sosial sahədə mühüm nailiyyətlər əldə edilib. Sizin zərgər dəqiqliyi ilə hesablanmış siyasətiniz nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda apardığınız mübarizədə biz ailəlikcə Sizi dəstəkləmişik və dəstəkləməkdə davam edəcəyik. Çünki Sizin və Mehriban xanımın sayəsində biz qələbəyə doğru getməyə nail oluruq. Doğma torpaqlarımızın düşməndən geri alınma, qələbə xəbərini bizə yaşatdığınız üçün Sizə bir daha təşəkkür edirik. Var olun! Yaşasın müstəqil Azərbaycan!”

Bu fikirləri Bakıdan Prezident İlham Əliyevə müraciətlərində İqtisad üzrə fəlsəfə doktoru Ramil Namazov və Dünya və Avropa çempionu, Prezident mükafatçısı, Əməkdar idman ustası Vüqar Namazov bildiriblər.

Baki-xeber.com

Son xəbərlər