29/11/2020 23:04
728 x 90

27 illik həsrətdən sonra gözlədiyimiz gün gəldi – Qubadlıdan Əməkdar müəllim Çingiz Salmanovun Prezidentə müraciəti…

img

“Nəhayət gözlədiyimiz gün gəldi. İyirmi yeddi il həsrətdən sonra Zəngəzurun qapısı adlandırılan Qubadlı rayonu mənfur düşmən tapdağından azad edildi. İllərdir bu günü gözləyir, Vətən həsrətilə yaşayırdıq.

Artıq buna son qoydunuz, xalqımın qəhrəman, yenilməz oğlu. Bizi əbədi və əzəli dədə-baba torpaqlarımıza qovuşdurduğunuz üçün Sizə dərin təşəkkürümü bildirirəm. İnşallah, Sizin göstərişinizlə müzəffər Azərbaycan Ordusu digər işğal altında olan torpaqlarımızı yaxın günlərdə düşmən tapdağından azad edərək şanlı Azərbaycanımızın üçrəngli bayrağını yüksəklərə qaldıracaqdır.

...Sizin bu haqq işiniz və adınız bir sərkərdə olaraq gələcək nəsillərin yaddaşında qalmaqla qızıl həriflərlə tarix dərsliklərində yazılacaqdır. Mən fəxr edirəm ki, mənim xalqımın Sizin kimi ağıllı, savadlı, uzaqgörən Prezidenti var. Allah Sizi qorusun. Qarabağ Azərbaycandır!”

Bunu Qubadlı rayonundan Əməkdar müəllim Çingiz Salmanov Prezident İlham Əliyevə ünvanladığı müraciətdə bildirib.

Baki-xeber.com

Son xəbərlər