29/11/2020 23:48
728 x 90

“Bu Sizin hünəriniz, bizim gələcəyimizdir” – Ulyanovskdan Hüseynovlar ailəsi Prezident Əliyevə məktub yazdı...

img

Rusiya Federasiyasının Ulyanovsk şəhərindən Hüseynova Leyla və ailəsi Prezident İlham Əliyevə müraciət edib.

“Ən çətin yol müstəqillik yoludur” – bu ölməz deyim Ümummilli lider Heydər Əliyevə məxsusdur. Sovetlər rejimi dövründə və postsovet xaosu dönəmində millətimizi, xalqımızı, dövlətimizi yüksəklərə qaldıran, bütün dünya ictimaiyyətinə azərbaycanlıların kim olduğunu və artıq onlarla hesablaşmaq lazım gəldiyini uca səslə bəyan edən Ulu Öndərin ruhu şad olsun!

İndi həmin çətin yolu Siz davam etdirirsiniz, möhtərəm İlham Heydər oğlu. Müstəqillik yolu güc-qüvvə və əlbəttə ki, qurbanlar tələb edir. Lakin bu yolla gedənə sonda xoşbəxtlik, qürur və qiyməti heç nə ilə ölçülməyən azadlıq bəxş edir.

Qürbətdə yaşayan biz azərbaycanlılar da hər zaman Sizin kədərinizə və sevincinizə şərikik. İnsanın bir anası olduğu kimi, bircə dənə də Vətəni olur, başqa Vətəni olmur. Biz nə qədər uzaqda olsaq da, harada yaşasaq da qəlbimiz Sizlərlə bir döyünür.

...Siz Azərbaycan xalqında ruh yüksəkliyi oyatdınız, milləti yumruq kimi birləşdirdiniz.

İndi gənclər rəşadət nümunələrindən tərbiyə alır. Bu Sizin hünəriniz, bizim gələcəyimizdir. Bizə yaşatdığın qürur hissinə görə çox sağ olun. Sağ olun ki, artıq başımızı dik tutub gəzə və rahat nəfəs ala biləcəyik! Bu elə bir dəyərdir ki, hər xalqa nəsib olmur.

Çox sağ olun, əziz Prezidentimiz!” - deyə müraciətdə bildirilir.

Baki-xeber.com

Son xəbərlər