Cümə günü, 16 oktyabr 2026
     

1805-ci il Kürəkçay müqaviləsindən söhbət düşəndə hər dəfə Ermənistan liderlərinin “yuxusunu qaçıran” səbəblər...

Image


Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır, müstəqil dövlətimizin ayrılmaz parçasıdır. Bütün tarixi mənbələrdə Qarabağ, onun aran, dağlıq bölgəsi də Azərbaycan xalqının ulu əcdadlarının məskəni kimi qeyd edilib. Qədim yunan, ərəb, fars və digər mənbələrdə bu torpaqların əzəli türk torpaqları olduğu, burada qədim türk dövlətlərinin mövcudluğu haqqında kifayət qədər məlumat, təkzibolunmaz faktlar əks olunub.

Qərb dövlətlərinin dəstəyilə, Çar Rusiyası tərəfindən Gülüstan (1813)  və Türkmənçay (1828)  müqavilələrindən sonra Dağlıq Qarabağa və digər Azərbaycan torpaqlarına köçürülən və burada məskunlaşdırılan ermənilərin-hayların sonradan Dağlıq Qarabağa qarşı ərazi iddialarında bulunması ilə qarşılaşdıq.     

  • Prezident İlham Əliyev dəfələrlə Ermənistanın hərbi-siyasi rəhbərliyinə öldürücü zərbə vurub...

Ermənistanın hərbi-siyasi rəhbərliyi - həm düşmən ölkənin Prezidenti Armen Sarkisyan, həm Baş naziri Nikol Paşinyan, onlarla yanaşı, qondarma “DQR”in “prezident”i Araik Arutyunyan iddia edirlər ki, 1805-ci ildə Çar Rusiyası ilə Qarabağ hökmdarı İbrahim (İbrahimxəlil) xan arasında bağlanan Kürəkçay müqaviləsində ermənilərdən, onların taleyindən bəhs olunub (?).

Erməni “lider”lərinin tarixlə bağlı savadsızlığının, naşılığının, eyni zamanda da saxtakarlığının böyük nümunəsi olan bu əsassız iddialara Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz məntiqli, tarixi faktlara söykənərək səsləndirdiyi əsaslı fikirlərilə öldürücü zərbələr vurub.

Prezident İlham Əliyev indiyə qədər bütün beynəlxalq platformalardakı çıxışlarında, yerli və xarici KİV-ə verdiyi müsahibələrdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin yalanlarını ifşa edib və ermənilərin Dağlıq Qarabağa nə zaman, kimin tərəfindən köçürüldüyünü, torpaqlarımızda məskunlaşdırıldığını açıqlayıb. “...Mən təəssüf edirəm ki, belə mühüm vəzifə tutan şəxs (Ermənistan Prezidenti – red.) yalanlar yayır. İnternetə baxın, XIX əsrin əvvəlində Azərbaycanın Qarabağ xanı ilə rus generalı arasında imzalanmış Kürəkçay sülh müqaviləsinə baxın. Orada erməni əhalisi haqqında heç bir şey deyilmir... Ermənilər bizim torpağımıza Rus-İran müharibələrindən sonra Rusiya imperiyası tərəfindən regionun dini tərkibini dəyişdirmək məqsədilə köçürülüb. Bu, tarixi faktdır. Ermənistan Prezidentinin dedikləri isə tamamilə feykdir.

İnternetə baxın, sənədlərə baxın. Siz kimin doğru danışdığını və kimin yalan danışdığını görəcəksiniz” - deyə bildirib.

  • Kürəkçay müqaviləsində ermənilərdən bəhs edilibmi?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, Prezident İlham Əliyevin dediyi kimi, Kürəkçay müqaviləsində ermənilər haqqında bir kəlmə də olsun yazılmayıb. Həmin dövrdə ermənilərin hələ İran və Türkiyə ərazisindən bizim torpaqlara köçürülmədiyini deyən F.Ələkbərlinin sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin açıqladığı məlumatların feyk olduğunu dəfələrlə ölkə başçısı İlham Əliyev bütün dünya qarşısında ifşa edib, onların yalanlarını üzə çıxarıb. “...Birmənalı olaraq, Ermənistan Prezidenti Armen Sarkisyan tarixi saxtalaşdırır, özlərini bizim torpaqlara yamaq edir. Ona görə də cənab Prezident dedi ki, haylar-ermənilər XIX əsrin əvvəllərində Qafqaza, bizim torpaqlara gəliblər. Prezident tamamilə haqlıdır. Doğrudan da XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Rusiya və Qacarlar (İran) arasında müharibə baş verdi. 1813-cü ildə bağlanan Gülüstan, 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra hayların Cənubi Qafqaza yerləşdirilməsi prosesi baş verib. O dövrdə Şimali Azərbaycanda, bildiyimiz kimi, Azərbaycan xanlıqları, sultanlıqları - Qarabağ, Gəncə, İrəvan, Şəki, Quba, Bakı, Naxçıvan xanlıqları, Qazax, Şəmşədil, İlisu sultanlıqları vardı. Bizimlə qonşuluqda isə Kartli-Kaxetiya çarlığı mövcud olub, o dövrdə bu bölgədə hayların heç bir nişanəsi yox idi.

Cənab Prezidentin qeyd etdiyi Kürəkçay müqaviləsinə gəlincə, Kürəkçay müqaviləsi 1805-ci ildə Qarabağ xanlığı ilə (daha sonra isə Şəki xanlığı ilə) Çar Rusiyası arasında bağlanıb, burada haylar haqqında heç bir bənd, fikir yoxdur. Həmin müqavilənin bəndlərində də söhbət ancaq ondan gedir ki, Qarabağ xanlığı, sonra isə Şəki xanlığı müəyyən şərtlər daxilində Çar Rusiyasının himayədarlığını qəbul edirlər. Orada müəyyən şərtlər var ki, bunun müqabilində də Çar Rusiyası Qarabağ xanlığını qorumalı, kənar qüvvələrdən müdafiə etməli, eyni zamanda da Qarabağ xanlığının idarəçiliyi nəsildən-nəslə ötürülməli idi. Yəni müqavilədə bu kimi məsələlər vardı. Ölkə başçısı düzgün vurğuladı ki, Kürəkçay müqaviləsində olan bəndlərin heç birində haylardan söhbət getmir, burada onların adları belə çəkilmir” - deyə F.Ələkbərli qeyd etdi.

  • “Kürəkçay müqaviləsi Qarabağın faciəli taleyinin başlanğıcını qoydu”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev Kürəkçay müqaviləsi və Qarabağın sonrakı tarixi taleyindən söhbət açdı: “Rusiya Cənubi Qafqazda apardığı işğalçılıq siyasətinin nəticəsi olaraq Kartli Kaxetiya çarlığını, Borçalı, Qazax və Şəmşədil sultanlığı, Car-Balakəni, Gəncə xanlığını işğal etdi. Belə vəziyyətdə İran hökuməti Rusiyanın irəliləməsinin fakt olduğunu dərk edərək Sisianova rus ordusunu Azərbaycandan çıxarması üçün ultimatum verdi. Bu proses ultimatumun etirazla qarşılanması və bundan sonra İran hökumətinin Rusiyaya müharibə elan etməsi ilə nəticələndi. İran ordusunun Azərbaycan xanlıqlarına hücumu başlandı (1804-cü il). Bərabər olmayan qüvvələr nisbətində başlanan ilk döyüşdə rus ordusu itki verərək döyüşü dayandırdı. Sisianov İrəvan xanlığına doğru hərəkət edərək İrəvan qalasını mühasirəyə alsa da, onu tuta bilmədi, xeyli itki verərək geri çəkildi. Belə bir vəziyyətdə Sisianov siyasi manevr etməyə əl atdı. Öz qaniçənliyi ilə tanınan Sisianov mehriban bir tərzdə müraciət edərək İbrahimxəlil xanın mövqeyini dəqiqləşdirmək fikrinə düşdü. İbrahim xan və onun baş vəziri Molla Pənah Vaqifin İrandan fərqli olaraq Rusiyaya meylli olması Sisianovun xarici siyasət planına uyğun gəlirdi. Sisianova məlum olan bu siyasətlə - xanlıqlar arasındakı narazılıqlardan istifadə edərək manevr etməyin nəticəsini Şəmşədil hökmdarı və digərlərinin timsalında görmüşdü. İbrahim xanın (İbrahimxəlil) daha hansı səbəblərdən Sisianovun müraciətinə müsbət cavab verməsinin müxtəlif arqumentlərlə izah edilməsini də nəzərə alsaq, demək olar ki, Sisianovun hiylələri və həmin dövrdə Azərbaycan torpaqlarında mənəm-mənəmliyin və daha dəqiq desək, vətən, xalq mənafeyindən deyil, şəxsi mənafe və şəxsi münasibətlərə üstünlük verilməsinin nəticəsində Azərbaycan böyük bəlalara düçar oldu. Gəncə xanlığına divan tutuldu, Qarabağ xanlığı itaət etməyə məcbur edildi. 1805-ci ildə Qarabağ xanı ilə Rusiya imperatoru arasında bağlanan Kürəkçay müqaviləsi imzalandı. Müqaviləni Rusiyanın Qafqaz qoşunlarının baş komandanı Sisianov imzalamışdır. Müqavilə adlandırılmasına baxmayayraq, mahiyyətcə təslimçilik aktı olan Kürəkçay müqaviləsi Qarabağın faciəli taleyinin başlanğıcını qoydu. Belə ki, 200 illik müddətdə müstəqil Azərbaycan dövlətinin qurulmasına imkan verilmədi. 11 maddədən ibarət “Andlı öhdəlik” adlanan bu müqavilə ilə Qarabağ xanlığı Rusiya himayəsinə qəbul edildi”.

  • “Bu məlikliklər alban məliklikləri idi və bunların da müqavilənin bağlanmasında iştirak etmələri heç bir rəsmi sənəd və faktla təsdiq edilmir”

Q.Hacıyev vurğuladı ki, Rusiya ilə Azərbaycanın münasibətlərinə dair mühüm sənədlərdən biri sayılan bu müqavilə təkcə Qarabağın deyil, bütünlükdə Azərbaycanın taleyində mühüm rol oynadı. Professor Hacıyevin sözlərinə görə, Qarabağın özünə gəldikdə isə, bu müqavilənin şərtlərinə görə, Qarabağ xanlığı Rus imperiyasının vassalı olur, Rusiya çarına görə digər xarici dövlətlərlə münasibət saxlamaq hüququndan məhrum olur, çar xəzinəsinə hər il 8 min çervon bac verməyi öhdəsinə götürürdü. “Bundan əlavə, Şuşa qalasında və xanlığın ərazisində Rusiya qoşununun yerləşdirilməsi barədə də razılıq verilirdi. Bunlarla yanaşı, çar qoşunları general-leytenantı rütbəsi verilmiş İbrahimxəlil xan birbaşa çar baş komandanına tabe idi. Eyni zamanda, Rusiya hökuməti də xanın və onun varislərinin daxili idarəetmə hüquqlarına toxunmayacağını öhdəsinə götürdü.

Kürəkçay müqaviləsi 17 ildən sonra, yəni 1822-ci ildən sonra Qarabağ xanlığının çar hökuməti tərəfindən ləğv edilməsi ilə rəsmi qüvvəsini itirmiş oldu. 

Kürəkçay müqaviləsi tarixşünaslıqda obyektiv tarixi həllini tapmayıb. Hətta bu problemin lazımi şəkildə tədqiq edilməməsi uydurma erməni “tədqiqatlarının” yaranmasına səbəb olub. Onlar Rusiyanın Qarabağ xanı ilə bağladığı bu müqavilədə məliklərin rolunu şişirdərək, guya hansısa böyük qüvvəyə malik olan erməni məlikliklərinin müqavilənin bağlanmasında rolundan və iştirakından danışırlar. Hansı ki, bu məlikliklər alban məliklikləri idi və bunların da müqavilənin bağlanmasında iştirak etmələri heç bir rəsmi sənəd və faktla təsdiq edilmir. İkincisi, bu müqavilənin bundan əvvəlki şərhlərində isə Qarabağ xanının könüllü rəyinin Rusiya hökuməti tərəfindən nəzərə alınaraq, könüllülük əsasında rəsmiləşdirilməsi kimi qeyd edilirdi. Xanın yaranmış hərbi-siyasi şərait nəticəsində belə bir müqaviləyə qol çəkmək məcburiyyətində qalması məlum olub.

Gəncənin işğalına qədər və hətta İrəvan xanlığına hücum ərəfəsində İbrahim xana rəğbətlə, mehribanlıqla müraciət edən Sisianovun sonrakı hərəkətlərinin uyğun gəlməməsi Rusiyanın əyalət siyasətinin davamı və buna xidmət edən Sisianovun hiyləgər xarakteri idi. İbrahimxəlil xanı Rusiyanın əbədi müttəfiqi kimi qələmə verərək onu inandırması və Cavad xanla münasibətlərini kəskinləşdirərək birinin digərinə kömək etməsi əvəzinə bir-birindən uzaqlaşması və laqeydliyi əvvəl Gəncə xanlığının, onun ardınca isə Qarabağ xanlığının tarixi taleyinin acı sonluqla nəticələnməsinə gətirib çıxardı. Sisianovun hansı yolla olur-olsun qələbəsi nəinki Qarabağın taleyini həll etdi, hətta tarixin də saxtalaşdırılmasına səbəb oldu”.

  • “İbrahimxəlil xanın sonrakı taleyi göstərir ki, heç bir müqavilə, heç bir andlı öhdəlik onu düşmənin pəncəsindən xilas etmədi”

Q.Hacıyevin sözlərinə görə, Sovet dövrü tarixçilərinin bunu könüllü birləşmə adlandırmasına baxmayaraq, rus tarixçiləri bunu qəhrəmanlıq, qələbə, fəth adlandırırdılar. Q.Hacıyevin bildirdiyinə görə, P.Q.Butkov yazırdı ki, “bu qəhrəman qələbə polkovnik Karyagin, mayor Kotlyarovski və knyaz Sisianovun adı ilə bağlıdır”. “Yeri gəlmişkən, Krasnodar şəhərində 1991-ci ildə mərkəzi tarix muzeyində təşkil edilmiş sərgidə “Rusiyanın Qafqazdakı hərbi qələbələri”ni əks etdirən tarixi nümunələr və kitabların nümayiş etdirilməsi bu deyilənləri bir daha sübut edir.

İbrahimxəlil xanın sonrakı taleyi göstərir ki, heç bir müqavilə, heç bir andlı öhdəlik onu düşmənin pəncəsindən xilas etmədi. 1805-ci il iyul ayının 2-də İbrahimxəlil xan ailəsi ilə birlikdə rus zabiti Lisaneviç tərəfindən qətlə yetirildi. Qarabağ salnamələrində İbrahimxəlil xanın öldürülməsinin səbəblərindən biri kimi əvvəlcədən - 1805-ci ildə Peterburqda hazırlanmış plana əsasən öldürüldüyü, digəri isə ermənilərin xan haqqında uydurma xəyanət haqqında xəbər verməsi nəticəsində baş verdiyi bildirilir. M.C.Qarabaği yazır ki, “1806-cı ilin yazında Qızılbaş qoşunu (çar mirzəsi Cavanşir Qarabaği qızılbaş deyərkən İran qoşununu nəzərdə tutur - Q.H.) Qarabağ torpağına yenidən hücuma keçməyə başladı. Onların qarşısını almaq üçün Qarabağda mayor Lisanoviçin yeger dəstəsindən başqa qoşun olmadığından və məhsul vaxtı gəlib çatdığından, İbrahim xan Qarabağ elləri ayaq altında qalmasın deyə, qızılbaşlarla xoşluqla rəftar etməyə başladı. Ermənilər bunu mayor Lisanoviçə xəyanət kimi başa saldılar. Buna görə də İbrahimxəlil xan qətlə yetirildi”.

İbrahimxəlil xanı öldürdükdən sonra mayor Lisanoviçin hərbi rütbəsinin artırılması göstərir ki, burada hər iki amil əsas götürülə bilər.

Qarabağ xanının taleyinə bax ki, bir tərəfdən İran onu ruslara xidmətinə görə “hiyləgər, xəyanətkar” adlandırırsa, digər tərəfdən isə Rusiya onu bu xidmətlərinə görə “cəzalandırır”, qətlə yetirir. Buradan İran və Rusiyanın müstəmləkəçilik siyasətinin iç üzü görünür” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 16:34
Azərbaycan və Türkiyə doğma qardaşdır...

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ