Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Bakı İrəvanı tam taqətdən salır, üstəlik Ermənistanda geniş anti-Paşinyan ittifaqı...

Image


Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətin təhlili indiki halda işğalçı Ermənistanın daha zəif bir duruma düşdüyünü üzə çıxarır. Əvvəla, koronavirus pandemiyası bu ölkənin sosial-iqtisadi cəhətdən çöküşünü daha da sürətləndirib. Ermənistanda iqtisadi durum artıq fəlakət həddinə yaxınlaşır. Bu halda əhalinin sosial üsyanlara qalxması belə istisna olunmur. Yaxın tezlikdə də müsbətə doğru nəyinsə dəyişməsi gözlənilmir.

Siyasi sferada da vəziyyət gərgindir. Ölkədə əsas siyası qüvvələr Nikol Paşinyan iqtidarına qarşı birləşib, onu, lazım gələrsə, yeni inqilabla hakimiyyətdən devirə biləcəkləri ilə hədələyirlər. Paşinyanın bu müxaliflərə qarşı repressiv metodları genişləndirməsi isə vəziyyəti daha da gərginləşdirir. Yaranmış vəziyyətdə xarici siyasət sahəsində də problemlərin dərinləşməsi özünü qabarıq surətdə büruzə verir. Azərbaycan və Türkiyə ilə heç bir əlaqəsi olmayan Ermənistanın Rusiya, İran, hətta Gürcüstanla da münasibətlərində ciddi problem yaşanır. Qərb dövlətləri ilə də əlaqələrdə problemlər artır. Erməni analitik Argişti Kiviryan bu halda ölkəni ciddi çətinliklər gözlədiyini vurğulayır və diqqəti ona yönəldir ki, ermənilər hər dəfə inqilab edəndə pis vəziyyətdən səfilliyə düşürlər. “2018-ci il inqilabının istiqamətlərindən biri Ermənistanın xarici siyasət kursunu dəyişmək cəhdi idi. Daha dəqiq desək, həmin an dünyanın yenidən bölüşdürülməsi nəticəsində Qərb bəzi bölgələri, o cümlədən bu regionu tərk edəndə erməni xalqın hədəflərindən biri Rusiyanı bu regiondan uzaqlaşdırmaq, digəri isə şiə hilalı ilə əlaqəni dağıtmaq olan qrupa dəstək vermək idi. Bu cəhd Rusiya və İranın öz güclərinin yüksək mərhələsində olduğu, bizim isə kəskin eniş mərhələsində olub, ciddi xarici dəstək almadığımız dönəmdə edilir. Bu komandanın xarici sponsorlarının hədəfi erməni xalqının himayəsi və ya onların təhlükəsizlik probleminin həlli deyil, hədəf sadəcə olaraq Rusiya və İrana ermənilərin hesabına təxribat yaratmaqdan ibarətdir. Bunların nə ilə bitəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Ümummilli fəlakətdən qaçmağın yeganə yolu hakimiyyətdən ya bilərəkdən, ya da savadsızlıqdan bu işə cəhd edənləri uzaqlaşdırmaqdır. Bizim həm də öz təhlükəsizliyimizin təmin olunduğu regionda qüvvələr balansını pozmaq haqqımız yoxdur. Əks halda bu balansın pozulmasının xarabalıqları altında qalacağıq. Azərbaycan bu halda Qarabağ məsələsində istədiyini çox asanlıqla əldə edəcək”.  Digər erməni politoloq Stepan Danielyan da məsələyə eyni prizmadan yanaşır. O bildirir ki, hadisələrin inkişaf axarı Ermənistanın əzilməsi ilə sonuclanacaq:“Xarici siyasətdə çoxsaylı səhvlərə yol verilir. Məsələn, Ermənistan-Rusiya münasibətlərinin korlanmasının niyə edildiyini başa düşmək lazımdır”. Onun sözlərinə görə, Nikol Paşinyan Ermənistanın maraqlarına əsaslanmış şəkildə, xüsusən Rusiya hakimiyyətinin nəzərə alınması ilə yox, sırf öz marağına əsaslanmış şəkildə siyasət yürüdür. Erməni politoloq qeyd edib ki, Rusiya Ermənistanı və Ermənistanın hazırkı hakimiyyətini ayırır:“Rusiya çox ciddi iki seçim arasında qalıb, onlar Ermənistanı və Ermənistanın hazırkı hakimiyyətini ayırırlar”. O bildirib ki, Qafqaz üçün iki ölkə mübarizə aparır - Türkiyə və Rusiya. Politoloqun sözlərinə görə, bu regiona müştəri gözü ilə baxan üçüncü ölkə yoxdur, İran belə resurslara malik deyil:“İstəyirsiniz bunu qəbul edin, istəyirsiniz qəbul etməyin, istəyirsiniz razılaşın, istəyirsiniz razılaşmayın. Bundan heç nə dəyişmir. Bu vəziyyətdə Türkiyənin Azərbaycanın dəstəyi ilə regionda güclənməsi Ermənistana müsbət heç nə qazandırmır. Bu halda Qarabağ münaqişəsinin nəticələrinin necə olacağını indı təsəvvür etmək çətin deyil”.

Elə Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü İqor Korotçenko da hadisələrin gedişinin İrəvan üçün müsbət heç nə vəd etmədiyini bildirir. O qeyd edir ki, Ermənistan konfliktin sülh yolu ilə çözümündə hamıdan daha maraqlı olmalıdır:“Amma biz bunu müşahidə etmirik və belə vəziyyətdən zəifləməkdə olan Ermənistan daha çox zərər görəcək. Xarici işlər nazirlərinin son danışıqlarından sonra belə bir təəssürat yaranmırmı ki, tərəflər fərqli mövzular qaldırır, fərqli məsələlərdən danışırlar? Onda bu cür danışıqların mənası nədir?  Əslində, mən hesab edirəm ki, tərəflərin bir-birini başa düşmədiyini söyləmək doğru deyil. Hər halda, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini yaxşı bilir, lakin bunu etiraf etmək istəmir. Rəsmi Bakı isə öz mövqeyini açıq şəkildə ortaya qoyur. Ermənistan tərəfi işğal etdiyi əraziləri mərhələli şəkildə tərk etməlidir. Burada hər şey hər kəsə aydındır.

Azərbaycan beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Rəsmi Bakının mövqeyi fundamentaldır. Ermənistan isə dialoqdan yayınır, Azərbaycan ərazilərinin işğaldan azad olunması vaxtını müzakirə etməkdən çəkinir. Rəsmi İrəvan demaqogiya ilə məşğul olmağı üstün tutaraq, bu barədə danışmaq istəmir. İşğal uzun müddətdir ki, davam edir. XXI əsrdə 30 il özgə əraziləri işğalda saxlamaq nonsensdir. Lakin buna baxmayaraq, İrəvan Qarabağ probleminin həlli ilə bağlı məsələləri müzakirə etmək istəmir.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yeddi rayon və Dağlıq Qarabağ ərazisi var. Bu, əzəli Azərbaycan torpaqlarıdır. Məntiqli olardı ki, Ermənistan könüllü olaraq beş, ardınca iki işğal edilmiş rayonun ərazisini tərk etsin və Azərbaycanın razılığı ilə Ermənistanla Qarabağ arasındakı nəqliyyat dəhlizi qorunub saxlansın (hərbi yox, mülki yüklərin daşınması şərtilə). Ardınca sülhməramlıların, məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) zəmanəti ilə məcburi köçkünlərin, onların münaqişədən sonra doğulmuş ailə üzvlərinin doğma torpaqlarına geri qaytarılması həyata keçirilsin. Qanunsuz silahlı birləşmələr tərksilah edilsin, Azərbaycan və Ermənistan icmalarının dinc yanaşı yaşaması təmin olunsun, sülhməramlıların nəzarəti altında qanunverici orqanlara seçkilər keçirilsin, rəsmi Bakı tərəfindən idarə edilməli olan diplomatiya və təhlükəsizlik məsələləri istisna olmaqla, əraziyə maksimal muxtariyyət statusu verilsin. Bu, inteqrasiyanın “Honkonq modeli”dir və çox real ssenaridir. Ermənistan öz əhalisinin təhlükəsizliyindən narahatdırsa, hesab edirəm ki, Azərbaycan və qeyd etdiyim KTMT sülhməramlıları azərbaycanlıların və ermənilərin birgə yaşaması ilə bağlı məsələləri həll edə bilər. Bakının potensialı nəzərə alınaraq, bu ərazilərin Azərbaycana qaytarılmasından sonra Qarabağdakı iqtisadi vəziyyət dərhal yaxşılaşacaq. Ancaq təəssüf ki, biz Nikol Paşinyanın Qarabağ münaqişəsini həll etməkdə tam istəksiz olduğunu görürük. Bu, həm də Ermənistan baş nazirinin qərarsız mövqeyi ilə bağlıdır. Müxalifət onun kürsüsünü laxladır. Ermənistanda geniş anti-Paşinyan ittifaqı yaradılır ki, bu da ölkə üçün yeni kataklizmlər deməkdir. Düşünürəm ki, Azərbaycan beynəlxalq müstəvidə ekspertlərlə əlaqələr qurmalı və onlarla sıx işləməlidir, o cümlədən Rusiyadan olan mütəxəssislərlə. İctimai rəyin liderlərinə müraciət etmək, Dağlıq Qarabağdakı münaqişə ilə bağlı həqiqətləri çatdırmaq, kimin işğalçı, kimin işğala məruz qalan olduğunu daha fəal şəkildə izah etmək lazımdır”. Ekspert bildirir ki, münaqişənin həlli formatları müxtəlif ola bilər:“Lakin erməni tərəfinin əsas “arqumenti” “təhlükəsizlik kəməri” adı altında işğal edilmiş əraziləri azad etməkdən imtinadır. Bir daha deyirəm, hər zaman beynəlxalq zəmanət çərçivəsində uyğun model tapmaq olar. Misal üçün, yerli idarəetmə və polis strukturu qurmaq. Bütün bunlar Dağlıq Qarabağın Azərbaycana inteqrasiya modelində gərginliyi aradan qaldırmağa kömək edəcək. Əsas olaraq “Honkonq modeli” və ya “Aland modeli” götürülə bilər. İstək və xoş niyyətdən asılı olaraq hər şey mümkündür. Ancaq təəssüf ki, İrəvanın bunu istəmədiyini görürük. Bu mövqeyə nə bəraət qazandırmaq mümkündür, nə də onu başa düşmək”. Bu durumda ekspert yeni Qarabağ savaşında Azərbaycanın tam haqlı tərəf olaraq istədiyi nəticəni də asanlıqla əldə edəcəyinin çox asan olacağını bildirir. Elə erməni ekspert Gevorq Mirzoyan da “Vestnik Kavkaza” portalına müsahibəsində bildirir ki, Paşinyan ölkəni uçuruma yuvarlayır. Onun sözlərinə görə, Ermənistan KTMT və Avrasiya İttifaqı çərçivəsində ciddi səhvlərə yol verib:“Prinsipcə, buraxılan yeni səhvlər Rusiya-Ermənistan münasibətlərinin kəskinləşməsi, Moskvanın Paşinyana və onun siyasətinə münasibətdə səbr kasasının daşması üçün sonuncu damla ola bilər. Paşinyan hakimiyyətə gəldikdən sonra isə Moskvaya qarşı ritorikanı tətikləməsi Kremli İrəvana tuşlanan “oxların” ucunu yenidən itiləməyə vadar edir. Bura Qarabağ məsələsi də daxildir. İki ölkənin bir-birinə qarşı kəskinləşən mübarizəsi informasiya platformalarında daha amansız xarakter alır. Lakin iki ölkə arasında gərginləşən münasibətlər daha çox Paşinyan və onun komandasına qarşı yönələcək”. Belə vəziyyətdə Ermənistanın daha da zəifləməsi qaçılmaz sayılır və bu durumda İrəvanın Qarabağ məsələsində indiki siyasətini davam etdirməsi də böyük sual altına düşür. Bütün bunlar Azərbaycan tərəfindən də yaxşı sezilir və diqqətlə izlənir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ