09/08/2020 13:01
728 x 90

Salyanın Qızılağac kəndindən məşhur fermer Prezidentdən nə istədi...

img

“Ölkəmizdə həyata keçirdiyiniz çoxşaxəli siyasətiniz sayəsində Azərbaycan uğurlu inkişaf yolundadır və dünya ölkələri sırasında ön yerlərdədir. Bu, bir Azərbaycan vətəndaşı kimi məni qürurlandırır. Kənd təsərrüfatı sahəsində çalışan bir insan kimi Sizin bu sahənin inkişafına göstərdiyiniz diqqət və qayğını minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm. Bu qayğı sayəsində fermerlər çoxsaylı güzəştlə əhatə olunurlar. Kənd təsərrüfatı sahəsinin vergilərdən azad olunması, gübrələrin və texnikaların fermerlərə güzəştli şərtlərlə verilməsi sayəsində kənd təsərrüfatı məhsullarının istehsalı və məhsuldarlıq yüksək həddə çatıb. Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində biz kəndlilər torpaq sahibi olmuşuq. Ulu Öndər hər bir kənd sakininə pay torpağı verdi. Bunun hesabına kəndlilər öz məşğulluğunu təmin etdi, onların maddi rifah halı yaxşılaşdı. Bu gün də fermerlər öz torpaq sahələrində həvəslə çalışır və güzəranlarını təmin edirlər”.

Bunu Salyan rayonunun  Qızılağac kəndindən “Zöhrab” kəndli-fermer təsərrüfatının rəhbəri Mirzəyev Emin Arif oğlu Prezident İlham Əliyevə yazdığı məktubda bildirib.

Baki-xeber.com

Son xəbərlər