09/08/2020 12:16
728 x 90

İsmayıllının Qalınçaq kənd sakinləri Prezidentə elliklə təşəkkür etdi. Niyə?

img

İsmayıllı rayonunun Qalınçaq kənd sakinləri adından Nəcəfov Taleh Sultan oğlu,  Əzizov Kamal Hacıkamal oğlu,  Əliyev Fikrət Bilal oğlu və başqaları Prezident İlham Əliyevə müraciət ediblər.

Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə ciddi mübarizə aparılır. Epidemiyaya qarşı mübarizə ilə əlaqədar gördüyünüz bütün tədbirlər xalq tərəfindən alqışlanır. İyulun 1-də İsmayıllı rayonunun əhalisinin içməli su və suvarma suyu ilə təminatını daha da yaxşılaşdırmaq məqsədilə verdiyiniz sərəncam Sizin xalqınıza olan sevginizin daha bir bariz nümunəsidir. Sərəncamınıza uyğun olaraq, bizim kəndimizdə 2 subartezian quyusu qazılacaq ki, nəticədə kənd sakinlərinin suvarma suyuna və içməli suya olan tələbatı ödəniləcək. Bizə göstərdiyiniz diqqət və qayğıya görə İsmayıllı rayonu Qalınçaq kəndinin əhalisi adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi və ailənizi qorusun”.

Baki-xeber.com

Son xəbərlər