“Azərbaycan Respublikasının vətəndaşı olaraq, pandemiya dövründə Sizin mərkəzində ölkə vətəndaşının sağlamlığı dayanan fəaliyyətinizə görə həm öz adımdan, həm də Saatlı rayonunun Dəllər kəndinin sakinləri adından sonsuz minnətdarlığımı bildirməyi özümə borc bilirəm.
Sizin müvafiq tapşırığınızla aztəminatlı ailələrə təyin edilən birdəfəlik yardım bizim kəndimizdə də bir çox ailənin güzəranının yaxşılaşmasına səbəb olmuşdur. Bu məqamda bir ailənin Sizə olan alqışını, duyğusunu nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, ailə deyir: "Allah Prezident İlham Əliyevin atası Heydər babaya rəhmət eləsin, özünə isə uzun və sağlam ömür versin". Bəli, hörmətli Prezidentimiz, biz Sizin Ulu Öndər yolu ilə həyata keçirdiyiniz daxili və xarici siyasəti bəyənir, dəstəkləyir, eyni zamanda, hər an Sizin yanınızda olduğumuzu ifadə etmək istəyirik. Tanrı Sizi, ailənizi və bütün Azərbaycan xalqını gözəgörünməz bəla və müsibətlərdən hifz etsin”.
Bu sözləri Saatlı rayonunun Dəllər kəndinin sakinləri adından filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Həsən oğlu Muxtarov Prezident İlham Əliyevə etdiyi müraciətdə qeyd edib.
Baki-xeber.com