11/08/2020 23:51
728 x 90

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri kommunikasiyalar mövzusunda videogörüşdə iştirak etdi

img

İyulun 2-də Avropa İttifaqının və Avropa Şurasının “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” birgə layihəsi çərçivəsində “Məhkəmə sistemi üçün kommunikasiya strategiyası” mövzusunda videokonfrans rejimində Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə, Avropa Şurasının Bakıdakı Ofisinin nümayəndəsi-layihənin rəhbəri Vəfa Rövşənova və Avropa Şurasının milli eksperti Leyla Mədətli arasında görüş keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, görüş zamanı Baş Prokurorluğun Mətbuat xidmətinin kommunikasiya strategiyasında maraqları, mətbuat sahəsi üzrə müvafiq qanunvericilik və təlimatlar, o cümlədən, digər hakimiyyət orqanları ilə birgə əməkdaşlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılıb.

Tədbir zamanı, həmçinin, prokurorluq orqanlarının informasiya siyasəti, o cümlədən, media əlaqələri ətrafında diskussiyalar aparılıb, kommunikasiya sahəsində güclü və zəif tərəflər, imkanlar və təhlükələrlə əlaqədar geniş müzakirələr olub. 

Son xəbərlər