11/08/2020 22:25
728 x 90

DTX Xarici İşlər Nazirliyinin binasında əməliyyat keçirir

img

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xarici İşlər Nazirliyinin binasında əməliyyat keçirir. Baki-xeber.com xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Qeyd edilir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Son xəbərlər