11/08/2020 22:28
728 x 90

Neftçaladan bir qrup Qarabağ əlili, şəhid ailəsi və müharibə veteranı...

img

“Biz, Qarabağ əlilləri, şəhid ailələri və müharibə veteranları bu təşəkkür məktubunu Sizə ünvanlayaraq bildiririk ki, Neftçala şəhərində yaşadığımız binanın həyətində təmizlik, abadlıq işləri görülüb, burada yerləşən və sakinlərin içməli suya olan tələbatını ödəmək üçün nəzərdə tutulmuş böyük su anbarı tamamilə təmizlənib. Müvəqqəti yaranmış problemlə əlaqədar sakinlərin içməli suya olan tələbatını ödəmək üçün mütəmadi olaraq maşınlarla içməli suyun daşınması təşkil edilib. Biz bilirik ki, vətəndaşlara göstərilən bu qayğı Sizin məqsədyönlü siyasətinizdən qaynaqlanır. Ölkəmizin hər bir sakininə, o cümlədən, bizə daim qayğı ilə yanaşıldığını, rayonumuzda abadlıq-quruculuq işlərinin davamlı şəkildə aparıldığını görürük”.

Bu fikirlər Neftçala şəhərindən Rəhmanov Elxan Abbasağa oğlu, İsmayılov Vasif Novruz oğlu, Lətifov Mübariz Akif oğlu, Əhmədov Azad Hüseynağa oğlu, Rzayev Elşad Ağamirzə oğlu və başqalarının Prezident İlham Əliyevə etdiyi müraciətdə qeyd edilib.

Baki-xeber.com

Son xəbərlər