10/08/2020 19:55
728 x 90

Pandemiya dövründə təhsil problemləri ilə bağlı Prezidentə daha bir müraciət - Lənkəranın Cil kəndindən Faiq Şıxəlizadə...

img

“Sizin dünyanı ağuşuna almış bu pandemiya dönəmində göstərdiyiniz səyləri, vətəndaşlarımızın sağlamlığı, əhalinin sosial vəziyyətinin sabit saxlanması istiqamətində atdığınız uğurlu addımları yüksək qiymətləndiririk. Karantin dövründə cəmiyyətin bütün sahələrinə, o cümlədən, təhsilin davam etdirilməsi, şagirdlərin və müəllimlərin tədris prosesindən kənarda qalmaması istiqamətində verdiyiniz tapşırıqlara və həyata keçirdiyiniz çevik fəaliyyətinizə görə bir vətəndaş və bir təhsil işçisi kimi Sizə dərin təşəkkürümü bildirirəm. İnanırıq ki, xalqımız da pandemiya şəraitinin bütün qaydalarına əməl edəcək və biz dövlət olaraq bu ağır vəziyyətdən üzüağ çıxacağıq.

Son dövrlərdə regionların sosial-iqtisadi inkişafı və korrupsiya ilə mübarizə sahəsində də görülən böyük işlərə görə Sizə dərin minnətdarlığımı bildirir və yorulmaz fəaliyyətlərinizdə yeni uğurlar arzulayıram”.

Bu sözləri Lənkəran rayonunun  Cil kəndi sakini, Türkəncil kənd ümumi orta məktəbin coğrafiya müəllimi Faiq Şıxəlizadə Prezident İlham
Əliyevə yazdığı məktubda qeyd edib.

Baki-xeber.com

Son xəbərlər