Britaniyanın Edinburq şəhərində təhsil alan azərbaycanlı gənc Fərid İbrahimovun Azərbaycan Prezidentinə məktubu...

Böyük Britaniyanın Edinburq şəhərində təhsil alan tələbə İbrahimov Fərid Zakir oğlu da Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
“Hazırda koronavirus pandemiyasının yaratdığı vəziyyətin hər kəsə təsirsiz ötüşmədiyi məlumdur. Mən Böyük Britaniyada təhsil alan tələbələrdən biriyəm. Tədrisin müddəti yenicə bitib. Bu müddət ərzində təqaüd verilməsi dayandırıldığından, maddi cəhətdən sıxıntı çəkirdim. Maliyyə vəziyyətimin ağırlaşması ilə bağlı müraciət etmişdim. Səfirlik pandemiyanın yaratdığı işsizlik mühitini və yaşadığımız gərginliyi nəzərə alaraq dərhal dəstək göstərdi və məni çətinlikdən xilas etdi.
Pandemiya dövründə dövlətimizin çətinə düşən vətəndaşların məsələlərinə çevik reaksiyası göz qabağındadır. Bu, Sizin liderliyinizin sayəsindədir. Buna görə bir gənc vətəndaş olaraq Sizə təşəkkür edirəm” - deyə tələbə müraciətində vurğulayır.
Baki-xeber.com