10/08/2020 19:32
728 x 90

Tərtərin Kəngərli kənd sakinləri rayonu ermənilərin "su terrorundan" İlham Əliyevin necə xilas etdiyini belə ifadə etdilər...

img

“Su həyat, su dirilik, su bol məhsul deməkdir. Düşmənlərimiz bizə həm də iqtisadi cəhətdən zərbə vurmaq üçün Sərsəngdən təsərrüfatlarımıza gələn suyun qarşısını kəsib, qışda suyu buraxırlar, kənd təsərrüfat məhsullarının becərmə dövründə isə əkinlərimizi suvarmağa imkan vermirlər. Ona görə suvarma dövründə çox çətinliklərlə üzləşirik. Bu çətinliklərin öhdəsindən isə Sizin sərəncamınızla yaradılan artezianların köməyi ilə gəlirik. İyunun 3-də rayonumuza səfərinizdən dərhal sonra sərəncamınızla rayonumuzun 18 yaşayış məntəqəsində 21 artezian quyusu qazılmağa başlanıb. Bu artezianların biri də bizim Kəngərli kəndinin payına düşüb. Həmin artezianla 60 hektardan çox sahə suvarılacaq.

…Koronavirus pandemiyasına qarşı aparılan mübarizə dövründə bütün çətinliklərə baxmayaraq, bizim rayona səfər etdiyiniz, rayonumuzda 21 yeni artezian yaradılması ilə bağlı sərəncam imzaladığınız üçün Sizə kəndimizin sakinləri və fermerləri adından minnətdarlığımızı bildiririk. Fəxr edirik ki, bizim çətin məqamlarda güvənə bildiyimiz Sizin kimi Prezidentimiz var”.

Bu fikirlər Tərtər rayonunun Kəngərli kəndinin sakinləri adından Nağıyev Ədalət, Nağıyev İbadət, İsmayılov Vidadi, İsmayılov Bunyad, Abbasov Nəriman, Zamanov Tofiq tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciətdə qeyd edilir.

Baki-xeber.com 

Son xəbərlər