10/08/2020 19:18
728 x 90

Dondar Quşçudan iki müharibənin veteranı Prezidentə nə yazdı...

img

Tovuz rayonunun Dondar Quşçu kəndindən Əfqanıstan və Qarabağ müharibələri veteranı Həsənov İbrahim Tapdıq oğlu Prezident İlham Əliyevə müraciət edib.

“Mənim oğlum Həsənov Niyaməddin hazırda Şirvan şəhərində hərbi xidmətdədir. Yeri düşəndə ona baş çəkirəm. Bakı şəhərində keçirilən hərbi andiçmə mərasimində də iştirak etmişəm. Qeyd etməyi özümə borc bilirəm ki, hərbi hissələrdə gördüklərimdən çox məmnun qalmışam. Əsgərlər üçün yaradılan yüksək şərait, onların təlim-tərbiyəsinə, sağlamlığına və qidalanmasına böyük diqqət göstərilməsi bir Qarabağ müharibəsi veteranı kimi mənə çox xoş təsir bağışlayır. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda yaratdığı möhkəm nizam-intizam Sizin sayənizdə bu gün də mövcuddur” - deyə bildirən müharibə veteranı, həmçinin, qeyd edir ki, bütün bunlara görə bu gün  əsgər atalarının Prezidentə və dövlətimizə olan məhəbbəti yüksəkdir. “Əminəm ki, yaxşı şəraitdə və güclü nizam-intizam altında xidmət edən əsgərlərimiz həm Vətənimizi etibarlı qorumağa, həm də gələcəkdə Azərbaycan üçün layiqli vətəndaş olmağa qadirdirlər. Mən bununla fəxr edirəm. Allah hər zaman Sizə sevinc dolu günlər qismət etsin” - deyə İbrahim Həsənov müraciətində bildirib.

Baki-xeber.com

Son xəbərlər