Bazar ertəsi günü, 26 oktyabr 2026
     

"Hər kəs bilməlidir ki, COVID-19-a qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, qoruyucu vasitələrdən düzgün istifadə etməkdir" - Vüqar Rəhimzadə

Image


«Günümüzün əsas  məsələsi olan koronavirusla mübarizə ilk gündən zəruri olan qaydalara yüksək səviyyədə əməl edilməsini bir tələb kimi qarşıya qoydu. Amma  müqayisəli təhlil əsasında görə bilərik ki, əksər ölkələr iqtisadi amili önə çəkərək  insanların sağlamlığının təminatını arxa plana keçirməklə vəziyyətin daha da ağırlaşmasına, yoluxma və  ölum hallarının artmasına şərait yaratmış oldular.  Hər bir ölkənin səhiyyə sisteminin aydın mənzərəsini ortaya qoyan COVID-19-la mübarizə bir daha  bu reallığı  təsdiqlədi ki,  dünyanın inkişaf etmiş ölkələrinin belə səhiyyəsi bu kimi    hadisələrə cavab vermək imkanında deyil. Bu, məsələnin  bir tərəfidir. Digər əsas məqam isə  dövlət-vətəndaş birliyinin yaradılması fonunda özünütəcrid qaydalarına   əməl olunması,  bununla da hər bir vətəndaşın özünü qoruması ilə yanaşı, ətrafındakıları,  doğmalarını qorumaq imkanı əldə etməsidir.  Azərbaycan ilk gündən bu yolu seçdi.  «Biz birlikdə güclüyük!» çağırışı ilə  bütün ölkə vətəndaşlarını səfərbər edən dövlətimizin başçısı İlham Əliyev vətəndaş məsuliyyətinin artırılmasını prioritet məsələ kimi öndə saxladı. Elə bu gün daha çox diqqət tələb edən məsələ də məhz budur.»

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki,  pandemiyaya qarşı mübarizə tədbirlərinə başlanan zaman digər ölkələr kimi, Azərbaycan da   bu xəstəlikdən qorunmaqda əsas amil olan tibbi maska çatışmazlığını  yaşadı: « Lakin ilk andan  insanların sağlamlığının təminatını əsas götürən möhtərəm Prezidentimiz  İlham Əliyevin tapşırığına uyğun olaraq tez bir zamanda Sumqayıt Kimya Sənaye Parkında tibbi  maska istehsalı müəssisəsi fəaliyyətə başladı. Müəssisənin açılışında çıxış edən dövlətimizin başçısı bildirdi ki,  tibbi maska istehsalı həm  koronavirusla  mübarizəyə mühüm töhfədir, həm də  Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır.  Əsas məqsəd insanların sağlamlığının təmin edilməsi, virusa yoluxmanın coğrafiyasının genişlənməməsinə nail olmaqdır.»

«Qeyd etdiyimiz kimi,  hazırda hətta ən inkişaf etmiş ölkələr belə  bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır.  Azərbaycan ilk gündən  bu ümumbəşəri bəladan  az itki ilə çıxmağı qarşıya mühüm hədəf kimi qoyaraq, malik olduğu bütün imkanlardan maksimum istifadə etməyə səy göstərir.  Ona görə də koronavirus xəstələrinə  yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir 20  xəstəxanası  onların ixtiyarına verilib. Yüksək ixtisaslı həkim heyəti bu xəstələlərə lazımi səviyyədə xidmət edir, sağalıb evlərinə qayıtmaları, yenidən xoş ovqatla həyatlarını davam etdirmələri üçün əllərindən gələni edirlər.  Dövlətimizin başçısı İlham Əliyevin 7 aprel 2020-ci il tarixli  «Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında»  Sərəncamı COVID-19-a qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədinə çatmaq üçün mühüm addım  kimi dəyərləndirildi. Bu məqsədlə hər birində 200 çarpayı olan modul tipli 10  xəstəxananın quraşdırılması nəzərdə tutulur ki, artıq bunlardan 5-i  istifadəyə verilib» söyləyən V.Rəhimzadə bildirib ki, dövlətimiz  üzərinə düşən bütün  vəzifələri  insanlarda böyük ruh yüksəkliyi  yaradan səviyyədə həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyev hər zaman olduğu kimi, bu gün də, yəni pandemiya dövründə də hər bir vətəndaşının yanında olduğunu nümayiş etdirir. Əsas olan dövlətimizin bu addımlarına dəstək vermək, üzərimizə düşən  vətəndaşlıq borcumuzu yerinə yetirmək,  sağlamlığımızın keşiyində dayanmaqla yoluxma hallarının azalmasına şərait yaratmaqdır: «Sərt karantin rejiminin tətbiqi şəraitində  Azərbaycanda   yoluxma hallarının  kiçik rəqəmlərlə ifadə olunması  diqqətdən kənarda qalmadı. Bu müsbət dinamika mayın əvvəlində karantin rejiminin yumşaldılmasına yol açdı. Amma bu günün statistikası göstərir ki, yoluxma halları gündən-günə artmaqdadır. Vəziyyətin bu şəkildə  davamı karantin rejiminin yenidən sərtləşdirilməsini, karantin qaydalarını pozanlara qarşı cərimələrin  artırılmasını zərurətə çevirdi.

Baş redaktor qeyd edib ki,   virusa yoluxma hallarının  artım dinamikasının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ailədaxili, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar. Bu yoluxmanın «qəhrəmanlarına» çevrilməmək üçün  sadə bir qaydaya riayət etmək kifayətdir. Tibbi maskadan istifadə etməklə  həm özümüzü, həm də ətrafımızdakı insanları  yoluxmadan xilas edə bilərik: «Gündəlik hər bir birimizin  istifadə etdiyi avtobus  marşrutlarına,  metroya daxil olarkən təbliğat  xarakterli, hər birimizə çağırış olan bu fikirləri eşidirik: - Maskadan istifadə edək, sağlamlığımızı qoruyaq,  sosial məsafə saxlayaq. Qoruyucu vasitələrdən istifadə etməmək  yoluxmaya əsas səbəb olan amillərdəndir. Təəssüflər olsun ki,  hər kəsin öz əlində olan, amma özümüzün  çətinləşdirdiyimiz  virusdan qorunmağımız üçün maskadan istifadə etmək üçün  bizə  kənardan  çağırış edilir. Utanverici amil deyilmi? Ola bilməz ki, marşrutlara maska ilə daxil olaq, «hörmətli  sərnişin, maskanızı taxın» müraciətini eşitməyək. Yaxud maskadan istifadə edib    cərimələrin  tətbiqi ilə üzləşməyək? Təəccüb doğuran digər amil isə  hələ də bəzi vətəndaşların koronavirus pandemiyasına şübhə ilə yanaşmaları,  özləri, yaxınları, ətrafları üçün ciddi təhlikə yaratmaqda davam etmələridir. Diqqət çəkən, ikrah doğuran məqamlardan biri də maskadan istifadə edənlərin başqaları  tərəfindən isteza ilə   qarşılanmasıdır. «Koronavirus varmı» kimi   çaşqınlıq yaradacaq suallar  səsləndirib   karantin  qaydalarına  yüksək səviyyədə  əməl edən vətəndaşlara mane olmaqdansa, bu addımın iştirakçısı olub özümüzü və ətrafımızı qorumaq daha məqsədəuyğun və ciddi qarşılanması tələb olunan  addımdır.»

«Hər kəs  bilməlidir ki, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir» söyləyən V.Rəhimzadə qeyd edib  ki,  artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil, çünki ətrafdakılar  arasında yoluxma halları kifayət qədərdir: «Biz nə qədər karantin qadyalarının pozulmasına qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, ümumbəşəri bəlaya qarşı mübarizədə  bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik. Hər birimiz  ölkəmizin bu günü və gələcəyi, ən əsası  əvvəlki normal həyatımıza qayıtmaq, davamlı inkişafımızı təmin etmək üçün  qoruyucu vasitələrdən istifadə etməyənləri qınamalı, belə halların təhlükəli və yolverilməz olduğunu göstərməliyik. Tibbi maskadan istifadə etməyənlər  ictimai qınaqdan nəticə çıxarıb cərimələr ödəmək  yolu tutmaqdan az da  olsa utanc hissi keçirsələr, düşünürük ki, normal həyata qayıdışın  bir addımlığında ola bilərik.  Gəlin, birgə düşünək, sağlamlığmızın keşiyində həkimlərimizlə yanaşı, özümüz də dayanaq, əzizlərimizi, doğmalarımızı  itirmək kimi çətin anları göz önünə gətirərək  məsuliyyət hissimizi artıraq. Unutmayaq ki, adi  bir məsuliyyətsizlik böyük problemlərə yol açır.»



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ