Bu gün dünyada koronavirus pandemiyasının daha sürətlə yayıldığı və bəşəriyyət üçün böyük təhlükələr yaradan ölkələri var ki, dünya birliyi, ÜST bunu görməzdən gəlir. Halbuki, Ermənistan kimi ölkələrin koronavirus bataqlığı olduğu unudulmamalıdır. Lakin nə Ermənistan özü aidiyyəti beynəlxalq qurumlar qarşısında həyəcan təbili çalır, nə də ki, dünya birliyi bu məsələyə diqqət yetirir. Amma bu hal, Allah etməmiş, Azərbaycanda baş versəydi, beynəlxalq qurumları susdurmaq mümkün olmazdı, bəyanat bəyanatın dalınca yayılardı. Nə isə. Keçək mövzumuza.
Bu günlərdə xəbər yayıldı ki, İranın Azərbaycan əyalətləri COVID-19-a görə “qırmızı bölgə” elan olunub. Bu barədə İranın “Mehr” agentliyi bu ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sədət Lariyə istinadən məlumat yayıb. Nazirin sözlərinə görə, son sutkada (29 iyun) 162 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 10 670, yoluxanların sayı isə 225 205 nəfərə yüksəlib. 186 180 pasientin sağaldığı bildirilib.
Nazirlik ölkənin Xuzistan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Hürmüzqan, Kürdüstan, Buşehr, Rezavi Xorasan və Kirmanşah əyalətlərinin “qırmızı bölgə” olduğunu elan edib.
Əhalinin sıx olduğu bütün “qırmızı bölgə”lərdə insanlar iyulun 5-dən iyulun 21-dək maska taxmalıdırlar. Bildirilib ki, ehtiyac olarsa, karantin müddəti uzadıla bilər.
Yadınıza salaq ki, bir müddət əvvəl Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı rayonlarında da sərt karantin rejimi tətbiq edilmişdi və həmin ərazilərə giriş-çıxış qadağan edilmişdi. İndiyə kimi də Bolnisinin bəzi kəndlərində, o cümlədən də gürcülərin Muşevani adlandırdığı Dəllər kəndində sərt karantin rejimi davam edir. Kənd sakinlərində virus aşkarlanmamasına baxmayaraq, hələ də polis postları kənd ərazisindən götürülməyib.
Halbuki, Gürcüstan ərazisində koronavirus pandemiyasının geniş yayıldığı və daha təhlükəli həddə çatdığı yer ermənilərin bu gün kompakt yaşadığı Msxeti-Cavaxeti bölgəsidir. Amma o bölgədə heç bir sərt tədbirlər görülmür.
“Dünyada şər missiyaçıları olan ermənilər türklərin kompakt yaşadığı ölkələrdə daim müxtəlif insidentlərlə müşayiət olunan gərginliklər yaratmaqla Azərbaycanın regionda lider dövlətə çevrilməsini əngəlləməyə çalışırlar”
“Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə bildirdi ki, bunlar ancaq azərbaycanlılara qarşı qərəzdən irəli gələn faktlardır. “İranda Azərbaycan türklərinə olan qərəzli, ögey və qısqanc münasibət heyrətləndirici deyil. Bunun tarixi kökləri var. Eyni zamanda, elə tarixi amillər var ki, xarici qüvvələr də bundan ustalıqla istifadə edirlər. Belə qüvvələr, o cümlədən, dünyada şər missiyaçıları olan ermənilər türklərin kompakt yaşadığı ölkələrdə daim müxtəlif insidentlərlə müşayiət olunan gərginliklər yaratmaqla Azərbaycanın regionda lider dövlətə çevrilməsini əngəlləməyə çalışırlar. Məlumdur ki, Ermənistan dövləti ianələr, daha dəqiq desək, sədəqələr hesabına yaşayır. Bu sədəqələrin müqabilində ara vurmaqla Azərbaycanla qonşu dövlətlərin münasibətlərinin kəskinləşməsi üçün bədəl ödəyirlər. Həmçinin, belə bir təxribat planlarının həyata keçirilməsi ermənilərin özlərinə də sərf edir. İran rejiminin ermənilərə xoş münasibəti bizə bəllidir. “Müsəlmanlar qardaşdır” dini tezisini ən çox pozan da elə İrandır. Ermənilərin orada milli-etnik problemləri demək olar ki, yoxdur.
İndiki pandemiya şəraitində İranın Ermənistana dəstəyi və yardımları da göz önündədir. Oradakı tarixi torpaqlarında yaşayan həmvətənlərimiz isə həmişə basqılara məruz qalıb. Günahsız insanlar, millətin təəssübünü çəkən ziyalılar təcrid və təsir şərtləri altında yaşayırlar. Ona görə ki, ortada farsların yenə də türk düşmənləri sayəsində çox sonralar sahibləndiyi ortaq tarixi miras və dəyərlər var. İran isə bunu qəbul etmir. Bununla yanaşı, Azərbaycanın güclənməsini də qətiyyən istəmirlər. Çünki Azərbaycan dövləti gücləndikcə, böyük milli, tarixi-gələnəksəl azərbaycançılıq ideyalarını detalları ilə həyata keçirərək, dünya azərbaycanlılarına sahib çıxır və onlarn birliyini təmin edir. Gürcüstanda olduğu kimi, indi də İran hakimiyyəti tərəfindən pandemiya səbəbilə soydaşlarımızn sıxışdırılması və təcrid olunması da məhz yuxarıda sadaladığım məqamlarla bağlıdır.
Azərbaycan-Gürcüstan münasibətləri də bizim üçün həm milli-siyasi, həm də iqtisadi cəhətdən prioritet və olduqca əhəmiyyətlidir. Azərbaycan imza atdığı bir çox transmilli layihələrdə Gürcüstanın iştirakına şərait yaradıb”.
D.Osmanlı vurğuladı ki, bu, sadəcə, qonşuluq siyasəti deyil, həm də milli məsələdir. Onun sözlərinə görə, erməni təxribatçıları bu ölkədə də həmişə katalizator rolunu oynayıblar. “Onların genetik torpaq zəbt etmək xəstəliyi, təxribatları özünə qonşu dövlətlərdə heç bir sərhəd tanımır. Şər-böhtan, terror, mənəvi-əxlaqi pozğunluq onların bağışlanmaz məqsədlərinin əsas rıçaqlarıdır.
Gürcüstan hakimiyyətində həmişə erməni əsillilər, yaxud ermənipərəstlər çoxluq təşkil ediblər. Gürcüstanda öz tarixi torpaqlarında yaşayan soydaşlarımız isə sovetlərin ilk dönəmlərindən indiyədək vəzifədə, ictimai qurumlarda, mediada və kriminal aləmdə təmsil olunan ermənilərin milli-mənəvi, sosial terroruna məruz qalıblar. Gürcüstana qarşı ermənilərin ərazi iddiaları bu gün də aktualdır. Gürcülər isə bunun ciddiyyətinə varmırlar. Şübhəsiz, bu proseslərin Gürcüstanın inkişafı üçün də mənfi təsirləri çoxdur. Bunlar tərəddüdsüz nəzərə alınmalı məsələlərdir. Ermənistan arzu edir ki, Azərbaycan Gürcüstanla da problem yaşasın. Bunun bir neçə səbəbi var. Əvvəla Ermənistanın həm də Gürcüstana ərazi iddiası var. Azərbaycanın regionda güclənməsini, Gürcüstanın Qərblə münasibətlərinin inkişafını arzulamayan dövlətlərdən biri İrandır. Onların birgə reallaşdırdığı və reallaşdırmağa çalışdığı regional layihələrə kölgə salmaq məqsədi güdür” - deyə D.Osmanlı vurğuladı.
İradə SARIYEVA