çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Azərbaycan Türkyənin "Altay" tankının əsas istehsalçılarından biri ola bilər...

Image


Ordunun müasir hərbi texnika ilə təmin edilməsi istiqamətində Azərbaycan bu vaxta kimi çoxsaylı mühüm addımlar atıb. Elə bunun nəticəsidir ki, ötən illər ərzində Azərbaycan xaricdən milyardlarla dollar həcmində çoxsaylı müasir hərbi texnikalar alıb. Eyni zamanda, bunlara paralel olaraq yerli istehsal da yaradılıb və indi ölkəmizdə mindən çox çeşiddə müdafiə təyinatlı məhsullar istehsal olunur.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, bu gün bir sıra ölkələr Azərbaycana birgə silah istehsalı ilə bağlı təkliflər də edir. Məsələn, bu günlərdə məlum olub ki, Gürcüstan Su-25  təyyarələrinin istehsalını Azərbaycanla birgə inkişaf etdirə bilər. Bunu hərbi ekspert Vaxtanq Maisaya “Rezonansi” qəzetinə açıqlamasında təsdiq edir. Onun sözlərinə görə, hərbi təyyarələrin istehsalının bərpası hər iki ölkə üçün sərfəlidir. Belə bir vaxtda Azərbaycanın tank istehsalında qardaş Türkiyə ilə birgə addımlar atmasının mümkünlüyü ilə də bağlı maraqlı məqamlar üzə çıxıb. Bunu tanınmış rusiyalı hərbi ekspert Aleksey Xlopotov da təsdiq edir:“Azərbaycan ordusu həm Rusiya, həm də başqa dövlətlərdən çox düzgün şəkildə silah nümunələri alır. Bu ənənəni davam etdirərək, Azərbaycan Silahlı Qüvvələri dost Türkiyədə istehsalı başlamış ən yeni "Altay" tankına diqqət yetirə bilər. Mənim fikrimcə, Azərbaycan bu proqramda iştirak edəcək və öz arsenalına yüzlərlə belə ən müasir və ən güclü tankları daxil edəcək”.

Azərbaycanın "Altay" tankının istehsalında iştirakı, ekspertlərin fikrincə, həm ölkəmizə böyük dividendlər gətirə, həm də bu silahın ucuz qiymətə ordumuzun ixtiyarına verilməsinə səbəb ola bilər. Məlumat üçün qeyd edək ki, “Altay” Cənubi Koreyanın “K2” tankının müasirləşdirilmiş formasıdır. Tankda “Qara panter”in 60% -dək texnologiyalarından istifadə edilib. Tankın dəyəri isə 5 milyon dollardır. Qeyd edək ki, Koreyanın “K2” tankının imkanları asanlıqla Çin, yaxud Şimali Koreyanın döyüş meydanına çıxara biləcəyi istənilən texnikanı geridə qoyur. Tankda istifadə olunan möhkəm zirehin tərkibi naməlum qalır. “K2” tankının qorunma və əks-hücum mexanizmi mükəmməldir. Bir növ M1A2 markalı ABŞ tankına bənzəyir, amma çəkisi qat-qat yüngüldür. Tank özü avtomatik şəkildə insan müdaxiləsi olmadan hədəfi müəyyən edə və vura bilir. Hədəflər sırasına təkcə maşınlar yox, helikopterlər də daxildir. Düşmənin canına qorxu salan "Altay" isə Türkiyənin hazırladığı 3-cü nəsil müharibə tankıdır. Uzun müddət dizayn mərhələsində olub. Hər cür şəraitdə istifadəsi mümkün olan tank NATO hərəkatının standartlarına uyğundur. O, modern tanklardakı ən yeni texnologiyalarla təchiz edilib. Üstün atəş gücü və hədəfi dəqiq vurma, yüksək hərəkət qabiliyyətinə malikdir. "Altay"da tank komandanı, nişangah, sürücü və doldurucu olaraq 4 nəfər çalışır. Onun üzərində bir çox fərqli sursatdan ata bilən 120 millimetrlik 55 kalibrlik top var. Atış nəzarət sistemi sayəsində hərəkətdə olan hədəfləri belə yüksək dəqiqliklə vurur. Bundan başqa, bu hərbi texnikada hər cür təhlükədən qoruyan zireh heyətə kimyəvi, bioloji, radioaktiv və nüvə təhdidlərinin belə olduğu şəraitdə çalışmağa imkan verir. Xatırladaq ki, bir çox ölkələr, o cümlədən Azərbaycan bu tankla yaxından maraqlanıb. Ölkəmizin Türkiyədən silah idxalında hansısa problem yoxdur və bu mənada "Altay" tanklarının da yaxın tezlikdə ordumuzun ixtiyarında olması tamamilə gözləniləndir. Xüsusən də Azərbaycan istehsal prosesində iştirak edəcəyi təqdirdə bu tanklardan kifayət qədər böyük sayda ordumuzun ixtitarında olması tamamilə gözlənilən sayılır. Onu da qeyd edək ki, Azərbaycan indiyədək Türkiyədən 122 millimetr çaplı “T-122 Sakarya" reaktiv atəş sistemləri, “Qasırğa” raketləri, ROKETSAN şirkətinin istehsalı olan TR-107 artırılmış mənzilli raketləri və digər silahlar alıb. Özü də bunlar kifayət qədər mükəmməl silahlardır. Indi onların sırasına Altay" tanklarının da daxil olması gözlənilir.

Rusiyalı hərbi ekspert Aleksey Xlopotov isə bildirir ki, Azərbaycan Tükiyə ilə yanaşı, digər ölkələrdən də müasir silah alışını davam etdirəcək:“Hazırda Azərbaycan Silahlı Qüvvələri prezident İlham Əliyevin sayəsində ən müasir və effektiv ordulardan biridir. Özü də təkcə regionda deyil, dünyada... Amma necə deyərlər, silah heç vaxt artıq olmur. Azərbaycanın Qarabağ bölgəsini işğal etmiş Ermənistanın açıq-aydın düşmən davranışını nəzərə alsaq, silah satınalmaları bütün istiqamətlərdə davam etdirilməlidir. O bildirib ki, ilk növbədə rabitə və avtomatlaşdırılmış idarə olunan qoşun vasitələrinin inkişafına diqqət yetirilməsi təqdirəlayiqdir:“Düşünürəm ki, burada İsrail və Fransa kimi ənənəvi tərəfdaşlar Azərbaycana kömək edə bilər. Bura hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi də aiddir. Yadda saxlamaq lazımdır ki, hava hücumundan keyfiyyətli qorunmanı təmin etməyənə qədər heç bir hücum uğurlu olmayacaq. Eyni zamanda, öz hava qüvvələrini və ilk növbədə taktiki zərbə aviasiyasını genişləndirmək prioritetdir. Həm pilotlu, həm də pilotsuz aparatlardan istifadə edərək, Azərbaycan Ordusu Qarabağda üstünlüyü tam təmin etmək üçün idarəolunan raket və bombalardan ibarət zərbə komplekslərini işə sala bilər. Bu komplekslərin arasında Bakının əldə edə biləcəyi Türkiyə istehsalı olan “Bayraqdar-TB2”-ni qeyd etmək olar ki, Suriyada Rusiya istehsalı “Pansir-1S”-ləri məhv etmişdi. Yüngül, çoxfunksiyalı helikopterlər və eləcə də yeni trendə çevrilən yüngül qırıcılara da ehtiyac duyulur. Məsələn, Türkiyə istehsalı olan “Hürkuş-S”. Bu qırıcı ilə Azərbaycan ordusu dağların arasında erməni yaraqlılarının kiçik qruplarını asanlıqla təqib və məhv edə biləcək”. Xlopotov qeyd edib ki, Azərbaycanın arsenalında artıq Rusiya istehsalı olan TOC-1A kompleksləri var:“Ancaq onlar kifayət qədər ağır maşınlardır. Mənə elə gəlir ki, manevr və mobilliyi təmin etmək üçün Azərbaycana Rusiyanın yeni hərbi sənaye kompleksinə – onlar iyun ayının 24-də Moskvada paradda nümayiş olunacaq, - xüsusilə TOS-2-yə diqqət yetirməlidir. Düşmənin zirehli texnikasına qarşı mübarizə aparmaq üçün İsrail və Amerika istehsalı olan “Spayk” və “Javelin” raketləri də mühümdür”. Bütün bunlar ordumuzun malik olduğu müasir hərbi texnikaların çeşid və həcminin daha da artacağı deməkdir.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ