Mingəçevir şəhərindən Həsənov Natiq Nəriman oğlu Prezident İlham Əliyevə müraciət edib.
“Sizin tapşırığınıza əsasən, “Azərbaycan” İES-in yenidənqurma işləri yekunlaşmaq üzrədir. Ərazidə salınmış gözəl park, "Şəhidlər" postamenti, 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə, Ulu Öndərin abidəsi müəssisədə çalışan Qarabağ müharibəsi veteranlarına qürur verir. Bu abidələr müəssisəmizdə çalışan gənclərimizdə Vətənə sevgi aşılayır və Vətən uğrunda mübarizəyə səsləyir”.
Müraciət müəllifi çalışdığı müəssisədə onunla birgə işləyən Qarabağ müharibəsi veteranları adından ölkə başçısına təşəkkür edir, Prezidentə cansağlığı və uzun ömür arzulayır.
Baki-xeber.com