Bakı şəhərinin Nəsimi rayon sakini İsmayılov Tamrelka Niftəli oğlu da Prezident İlham Əliyevə müraciət edib.
“...Ölkə iqtisadiyyatının bütün sahələrində yüksək və davamlı inkişaf göz qabağındadır. Sizin rəhbərliyiniz sayəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasındadır.
Dünyanı ağuşuna almış COVID-19 pandemiyasına qarşı çevik və vaxtında gördüyünüz düşünülmüş tədbirlər Sizin yüksək idarəetmə bacarığına malik dövlət rəhbəri olduğunuza əyani sübutdur. Bir çox ölkənin rəhbəri Sizin təcrübənizdən bəhrələndi. Ölkənin böyük şəhərlərində və rayon mərkəzlərində yeni xəstəxanaların, diaqnostika mərkəzlərinin tikilməsi, köhnələrin təmir olunub müasir tibbi avadanlıqlarla təmin olunması, yeni xəstəxanaların pandemiya dövründə virusa yoluxmuş xəstələrin müalicəsi üçün verilməsi, Azərbaycan vətəndaşlarının dünyanın müxtəlif ölkələrindən təxliyyə olunaraq, müasir otellərdə dövlət hesabına yüksək xidmət göstərilərək karantində saxlanmaları təqdirəlayiqdir. Müasir Azərbaycan dövlətinin möhkəmlənərək qüdrətli bir dövlətə çevrilməsində, bu dövlətin dünyaya tanıdılmasında, ölkədə səhiyyənin, mədəniyyətin, incəsənətin, əhalinin sosial vəziyyətinin gündən-günə yaxşılaşdırılmasında və digər dövlət əhəmiyyətli məsələlərin həllində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əməyi danılmazdır” - deyə məktub müəllifi qeyd edib.
Baki-xeber.com