“Gənc və müstəqil Azərbaycan Respublikası bu gün bir çox sahədə dünya ölkələrinə nümunə göstərilir. Bunlardan biri də ölkəmizdə mövcud olan dini dözümlülük və tolerantlıqdır. Çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bunun təməlində ulu öndər Heydər Əliyevin və Sizin müdrik siyasətiniz dayanır. Biz həmişə bununla öyünmüşük, fəxr etmişik.
Çox təəssüf ki, ölkəmizdə sabitliyi pozmağa, insanlar arasında nifaq salmağa çalışan şər qüvvələr də var. Mən bir Azərbaycan vətəndaşı və bir dindar olaraq belə əməlləri, həmçinin, dövlətimizə atılan iftiraları, böhtanları kəskin şəkildə qınayıram. Biz həmişə Sizin və Mehriban xanımın dinimizə və dindarlara qayğısını, dəstəyini görmüşük. Bunları danmaq bizə yaraşmaz və Allaha da xoş getməz. Allah Sizi və ailənizi qorusun, bütün işlərinizdə yardımçınız olsun”.
Bunu Quba rayonunun Vladimirovka kəndindən Səidov Ənvər Həmdi oğlu Prezident İlham Əliyevə yazdığı məktubda qeyd edib.
Baki-xeber.com