“Dövlətimiz ölkəmizdə təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır. Təhsil infrastrukturunun yenilənməsi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi təhsilin keyfiyyətinə müsbət təsir göstərir.
Bu çətin dövrdə rayonumuza səfəriniz bizə sevinc bəxş etdi. Eyni zamanda, Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə əlaqədar sərəncam imzaladığınıza görə kənd camaatı adından və öz adımızdan Sizə dərin minnətdarlığımızı bildiririk. Uzun illərdir çətin şəraitdə təhsil alan şagirdlərimiz yeni məktəb binasının istifadəyə veriləcəyi günü səbrsizliklə gözləyirlər.
Sarıcalı kəndi Ağcabədi rayonunun cəbhə zonasına yaxın kəndlərindən biridir. Burada yeni sosial infrastruktur binalarının tikilməsi, eyni zamanda, düşmənə psixoloji zərbədir və bədnam qonşularımızın gözünə ox kimi batır. Xüsusilə indiki pandemiya dövründə sosial layihələrin davam etdirilməsi dövlətimizin iqtisadi gücünü və qüdrətini göstərir”.
Bu fikirlər Ağcabədi rayonunun Sarıcalı kənd sakinləri Mehdiyev Əziz Əyyub oğlu, Salahova Zenfira İsmayıl qızı, Məhərrəmov Mənaf Zülfüqar oğlu, Nərimanov Nəriman Yusif oğlu, Məmmədova Sevinc Ələsgər qızı və başqalarının Prezident İlham Əliyevə müraciətində öz əksini tapıb.
Baki-xeber.com