Lerik rayonundan Qarabağ qaziləri Məmmədov Üzeyir, Hacıyev Gəray, Aslanov Zeynal, Məlikov Veysəl, Ağayev Mərdan və başqaları Prezident İlham Əliyevə müraciət ediblər.
“Sizin şəhid ailələrinə, Qarabağ qazilərinə göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir. Xalqımızın bu çətin günündə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün fərdi yaşayış evlərinin tikintisinin davam etdirilməsi dövlətimizin bu sahəyə diqqətinin bariz nümunəsidir. Biz - Qarabağ qaziləri Sizin rəhbəri olduğunuz ölkədə yaşamağımızla fəxr edirik. Lerikdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi yaşayış evlərinin tikintisi rayonun bütün sakinlərinin sevincinə səbəb olub. Hər bir şəhid bizə qardaş qədər doğma və əzizdir”.
Müraciət müəllifləri yazırlar ki, Qarabağ qazilərinin ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsidir və buna görə ölkə başçısının ətrafında daim sıx birləşiblər: “…Sizin döyüş əmrinizi gözləyirik”.
Baki-xeber.com