çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

1949-cu ilin 14 iyununda SSRİ-də ermənilərin hansı deportasiyası olub? - 1915-ci ilin saxta genosidinə daha bir uydurma tarix əlavə edilir…

Image


Yenə ermənilərin saxtakarlıq və yalan üyüdən dəyirmanı işə salınıb. Həmişə yeni-yeni əsassız iddialar, həqiqətə uyğun olmayan “faktlar” sərgiləyən ermənilər bu dəfə elə bir material ortaya çıxarıblar ki, onu oxuyan hər kəs yalnız buna gülə bilər. Guya ki, 14 iyun 1949-cu ildə ermənilər  Ermənistandan SSRİ-nin, xüsusən də Rusiyanın müxtəlif vilayətlərinə “deportasiya” ediliblər. Məlum olduğu kimi, o dövrdə müxtəlif xalqlar, etnik qruplar SSRİ rəhbərliyi tərəfindən sürgün edilirdilər, amma o xalqların sırasında ilk dəfədir ermənilərin adı çəkilir, o da özləri tərəfindən.

Erməni mediası yazır ki, SSRİ-də ayrı-ayrı xalqların tamamilə və ya qismən deportasiyası 1919-cu ildən 1953-cü ilə qədər həyata keçirilib və mövcud hesablamalara görə, təxminən 6,15 milyon insan deportasiya edilib. Erməni mətbuatı qeyd edir ki, 1989-cu ildə Sov.İKP MK-nın üzvləri V.Medvedyev, V.Kryuçkov, A.Yakovlev, A.Lukyanov, E.Primakov, A.Girenkonun iştirakı ilə məcburi köçürülməyə məruz qalan xalqların tam siyasi reabilitasiyası məsələsi müzakirə edilib. Bu mövzuda qərar layihəsi tərtib olunub.

Erməni mediası burada kabardin balkarların,  inquşların, kalmıkların, qaraçayların, krım tatarlarının, çeçenlərin, almanların, Məshəti türklərinin Sibirə, Qazaxıstana və Orta Asiyanın digər yerlərinə sürgün edildiyini qeyd edib. Daha sonra məcburi köçürülmə siyasətinin keçmiş SSRİ-də yaşayan koreyalıların,yunanların, kürdlərin taleyinə mənfi təsir etdiyini yazan erməni mediası erməniləri də bu xalqlara peyvənd edir. Guya ki, 1936-1937-ci illərdə Ermənistanda etnik deportasiyalar baş verib və iki dəfə ermənilər və kürdlər “deportasiya ediliblər”. 1949-cu ildə isə daşnakların Ermənistandan deportasiya edildiyini iddia edən erməni mediası əsassız olaraq bildirir ki, etnik ermənilərin SSRİ-nin müxtəlif yerlərinə köçürülməsi “Repressiya edilmiş şəxslər haqqında” Qanunda əks olunmur.

Ermənistan mətbuatı qeyd edir ki, guya 1949-cu ildə  ermənilərin "Qara dəniz sahilindən və Qafqazdan deportasiyası” baş verib, “bu əməliyyat çərçivəsində” “deportasiya” olunan 56.000 nəfərin yarısı yunanlar, digərləri isə "daşnaklar" kimi göstərilən ermənilərdir. Onlar iddia edirlər ki, Türkiyədən köçürülən ermənilər də “deportasiya edilib”.

  • “Ermənilər sürgün olunmayıb, deportasiyaya məruz qalmayıblar, yazdıqları tamamilə uydurmadır”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev qeyd etdi ki, ermənilər tərəfindən uydurulan erməni soyqırımı oyunundan sonra indi də qondarma deportasiya məsələsinin ortaya atılması təsadüfi deyil. Son zamanlar Azərbaycanda soydaşlarımızın XX əsrdə bir neçə dəfə erməni daşnakları tərəfindən soyqırıma və deportasiyaya məruz qaldıqları, bütövlükdə, ermənilərin həyata keçirdikləri etnik təmizləmə siyasəti haqqında kifayət qədər tədqiqat aparılıb, yazılar, əsərlər yazılıb. Bunun da erməniləri qıcıqlandırdığını və insanların diqqətini yayındırmaq üçün indi də ermənilərin, eləcə də kürdlərin, daşnakların deportasiyaya məruz qaldıqlarını iddia etdiklərini qeyd edən Q.Hacıyev vurğuladı ki, bu, növbəti erməni saxtakarlığıdır. “Ermənilər son zamanlar arxivlərdən çox “materiallar” toplayırlar, “sənədlər” çıxarıb yalan, saxtakarlıq dolu kitablar çap edirlər, “qədim mənbələr”, “qədim xəritələr” yaradırlar. XX əsrdə erməni alimlərinin, tarixçilərinin, siyasətçilərinin apardıqları saxtakarlıq, yalan, uydurma kampaniyası artıq Ermənistanda dövlət siyasətinə çevrilib. Bunların hamısının da mahiyyətində hər yerdə erməni olduğunu, ermənilərin “qədim tarixə” malik olduqlarını “sübut etmək” dayanır. Gördüyünüz kimi, artıq ermənilərin saxtalaşdırma siyasəti SSRİ dövrünə aid olan arxiv sənədlərini də əhatə edir. Onlar arxiv sənədlərini təhrif edərək müəyyən əsərlər yazırlar və əvvəldən həyata keçirdikləri siyasəti davam etdirirlər. Əvvəla Sovet dövrünün ilk illərində belə bir proses gedirdi. “Daşnaksütyun” partiyası ilə bağlı Azərbaycan, gürcü və bəzi erməni tarixçiləri yaxşı bilirlər ki, bu partiya ermənilər Qafqaza köçürüldükdən sonra qarşısına erməni dövləti yaratmaqla bağlı məqsəd qoymuşdu. Amma daşnaklar erməni dövləti yaratmaq üçün cinayət törətməyi, terror etməyi də nəzərdə tuturdular. Partiya tələb qoymuşdu ki, erməni olsa belə ermənilərə qaraçı deyənlər öldürülsün, asılsın, yaxud erməni dövləti yaratmağın əleyhinə olanlara qarşı terror aktları həyata keçirilsin. Bunlar hamısı baş verib. XX əsrin əvvəllərində daşnaklar Qafqazı qan çanağına döndərmişdilər. Sovetlərin ilk dövründə də daşnaklar tez bir zamanda bolşeviklərə qoşularaq bolşevizmdən də çox yaxşı faydalandılar. Sovet hakimiyyəti yeni qurulanda isə öz əvvəlki fikirlərini bir tərəfə qoyub, bolşeviklərin sözünü deməyə başladılar. Ermənistan Sovet Sosialist Respublikası yaratdılar, əvvəllər onlara verilən torpaqları iki-üç qat artırdılar. Sovet dövrünün ilk illərində erməni tarixçisi, hərbçisi, siyasətçisi Koçazluni bir əsər yazdı ki, artıq “Daşnaksütyun”a ehtiyac yoxdur.

Ermənilərin yeni iddialarına gəlincə, qeyd edim ki, bu müəlliflər bolşevik dövründə ermənilərə yaradılan hərtərəfli şəraiti, imkanları nankorcasına inkar edirlər. Ermənistan dövlətini yaradan, ermənilərə hər cür güzəştlər edən SSRİ dövlətini də pisləyirlər, onun əleyhinə danışırlar. Burada da erməni nankorluğu, erməni xisləti özünü göstərir. Halbuki, ermənilərə yaradılan şərait heç bir xalqa yaradılmamışdı. Ermənilər deportasiya edilən xalq yox, deportasiya edən xalqdır. 1948-1953-cü illərdə Ermənistan rəhbərliyinin SSRİ dövlət rəhbərliyinə müraciətinə əsasən, SSRİ Nazirlər Sovetinin qərarı ilə Ermənistan ərazisindən yerli azərbaycanlılar deportasiya olundular. Həmin dövrdə 200 minə yaxın azərbaycanlı deportasiya edildi, öz ata-baba yurdundan qovuldu. Bunun adını iqtisadi siyasət qoymuşdular, halbuki, onun adı etnik təmizləmə siyasəti idi. Bu, mənfur siyasət idi, bununla Azərbaycan xalqına böyük divan tutdular. Onlar qeyri-uyğun şəraitdə yerləşdirilmişdilər və bu da onları məhv olmaq təhlükəsilə üz-üzə qoyurdu. Sonrakı mərhələdə onların çox az hissəsinə öz ata yurduna qayıtmaq qismət oldu. 1988-ci ildə Ermənistandan azərbaycanlıları son nəfərinə qədər deportasiya edən Ermənistan və ermənilərin indi durub özlərinin “deportasiya”sından danışması çox gülüncdür. Çünki həmin dövrdə ermənilər deportasiya olunmayıblar. Ermənilər sürgün olunmayıb, deportasiyaya məruz qalmayıblar, yazdıqları tamamilə uydurmadır. O vaxt Stalin tərəfindən sürgün olunanlar Azərbaycan və Gürcüstanın Borçalı bölgəsindən olanlar idilər. Onları vəhşiliklə, heyvan daşınan vaqonlara qoyub  Sibir, Qazaxıstan çöllərinə apardılar”.

Q.Hacıyevin fikrincə, ermənilər görürlər ki, keçmiş SSRİ ərazisində yaşayan xalqlar həqiqətən də məruz qaldıqları repressiyalardan yazırlar, onlar da “biz də varıq” deyib axına qoşulmaq istəyirlər. Onun sözlərinə görə, elə bir məsələ yoxdur ki, ermənilər onunla bağlı hər hansı bir uydurma yaratmasınlar. “Onların yazdıqları tamam yalandır. Ermənilər özlərinin və yezidi kürdlərin deportasiya edildiklərini yalandan yazırlar. Stalin repressiyası dövründə bütün xalqlar repressiyaya məruz qaldıqları halda, ermənilər keçmiş SSRİ rəhbərliyinin ayaqlarına döşənib onların xeyrinə casusluq etdilər, başqa xalqları güdaza verdilər, amma özlərini repressiyadan xilas etdilər, geniş imkanlar qazandılar. Beləliklə, ermənilər indən sonra çox yalan, cəfəngiyyatlar uyduracaqlar. Amma hamısı, təbii ki, yalandır, qondarmadır” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ