Tovuz rayonunun Qovlar şəhərindən Taleh Allahverdiyev Prezident İlham Əliyevə yazdığı məktubda dünyanı bürümüş COVID-19 infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınmasında apardığı məqsədyönlü siyasətə və həyata keçirdiyi qətiyyətli tədbirlərə görə öz təşəkkürünü bildirir.
“…Dünyanı bürümüş siyasi və iqtisadi çətinliklərə baxmayaraq, məhz Sizin apardığınız müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycanda pandemiyanın yayılmasının qarşısı alındı. Sizin iradənizə, müdrikliyinizə və fenomen rəhbərlik istedadınıza arxalanaraq inanırıq ki, ölkəmiz bu çətin vəziyyətdən də şərəflə çıxacaq. Ölkəmiz üçün mürəkkəb dövrdə Siz öz əzmkar fəaliyyətinizlə Azərbaycan xalqının yanında olduğunuzu, daim hər bir vətəndaşı düşündüyünüzü və onun qayğısına qaldığınızı bir daha sübut etdiniz. Sizin tükənməz səyləriniz sayəsində minlərlə həmvətənimizin həyatı bu bəladan xilas olundu. Ölkəmizin keçdiyi bu çox mürəkkəb dövrdə xalqımıza göstərdiyiniz qayğı və diqqət, insanların sosial təminatının yaxşılaşdırılması ilə bağlı imzaladığınız sərəncamlar dövlət-vətəndaş birliyinin əsl təzahürüdür” - deyə T.Allahverdiyev məktubunda vurğulayır.
Xəbər xidməti