“...Karantin rejimi ilə əlaqədar işə gedə bilməyən insanlara birdəfəlik ödəmənin, Heydər Əliyev Fondu tərəfindən kasıb ailələrə ərzaq yardımlarının verilməsi çox böyük əhəmiyyət daşıyır. Bu, Azərbaycan vətəndaşlarına olan qayğının və sevginin təzahürüdür. Xalqımızın dar günündə hər zaman onun yanında oldunuz, ehtiyaclarının ödənilməsini təmin etdiniz. Ulu Tanrı Sizi heç vaxt darda qoymasın” - bu fikirlər İsmayıllı şəhər sakinləri Manafov Əsgər Əmirxan oğlu, Qasımov Elşad Telman oğlu, Ağayev Yaşar Təvəkkül oğlu, Məmmədova Sahilə Cavan qızı və başqaları tərəfindən Prezident İlham Əliyevə ünvanlanan müraciətdə əksini tapıb.
Xəbər xidməti