Prezident İlham Əliyevin tapşırığına əsasən, pandemiya dövründə aztəminatlı ailələrə yardımlar göstərilməsi bu kateqoriyadan olan vətəndaşların sosial rifahına müsbət təsir göstərir.
Sabirabad rayonundan Fatma Əskərova, Əliyoldaş Əkbərov və Sevinc Nuriyeva Prezidentə yazdıqları məktubda bu dəstəyi minnətdarlıqla vurğulayırlar:
“Bizi qoruduğunuza, xalqımızın xoşbəxt sabahı naminə çəkdiyiniz zəhmətlərə görə Sabirabad rayonunun sakinləri adından Sizə təşəkkür edirik. Bu qayğılı günlərdə aztəminatlı ailələr unudulmayaraq onlara yardım edilir. Hər birimiz Sizi yanımızda hiss edirik.
Sizə uzun ömür, cansağlığı və bərəkətli ömür arzu edirik. Gələcəyiniz nurlu, bütün işləriniz uğurlu olsun. Çox şükür ki, varsınız. Yaşasın Azərbaycan və onu sevənlər” - deyə məktub müəllifləri yazırlar.
Xəbər xidməti