Cümə axşamı günü, 15 oktyabr 2026
     

Neft bazarının çöküşü dünyanı ayağa qaldırır – ABŞ-Səudiyyə münasibətləri pozulur, 13 senator kralı hədələdi…

Image


Dünya birjalarında xam neftin qiyməti hələ də ucuzlaşmaqda davam edir. İstehsalçı ölkədər, ümumilikdə dünya iqtisadiyyatı bundan ciddi zərər görür. ABŞ, Avropa fond birjalarında qiymətlərin sürətlə aşağı düşməsi məhz neftin ucuzlaşmasından qaynaqlanan əsas amillərdən sayılır. Hesab edilir ki. ucuzlaşma dayanmasa, qlobal iqtisadiyyatda yeni və daha genişmiqyaslı böhranın olması qaçılmazdır.

Hələlik isə proseslər təhlükəli istiqamətdə gedir və neftin qiyməti son 17 ilin minimumuna düşüb. Hasilatçılar arasında ziddiyyət və  koronavirusla əlaqədar artan tənəzzül təhlükəsi səbəbindən neftin qiyməti 2003-cü ildən bəri ən aşağı səviyyəyə enib. “Light” markalı xam neftin bir barrelinin qiyməti son 18 ildə ilk dəfə 25 dollardan aşağı enib. Bu markalı neftin bir barreli Nyu-York birjasında 23,8 dollara alıcı axtarır. Bu, 2002-ci ildən bu vaxtadək ən aşağı səviyyədir. “Brent” neftinin bir barreli isə London birjasında 26 dollara satılır. Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 4,64 dollar ucuzlaşaraq 24,53 dollar təşkil edib. Xatırladaq ki, neftin qiyməti cari ilin əvvəlində 70 dollar, martın əvvəlində isə 50 dollardan çox olub. Amma son bir neçə gündə qiymətlər sürətlə aşağı düşüb. Bu arada o da məlum olub ki, dünyadakı neft saxlancları eyni vaxtda yanacağa olan tələbatın azalması və bazarda təklifin həddindən artıq olması səbəbindən artıq yaxın aylarda ən yüksək dolma səviyyəsinə çata bilər. Britaniyanın “Financial Times” qəzeti yazır ki, neftə tələbat rekord sürətlə azalmağa başlaya bilər, çünki sənaye cəhətdən inkişaf etmiş bir çox ölkə təcrid olunacaq və böyük şəhərlər koronavirusun yayılmasını yavaşlatmaq üçün qətiyyətli tədbirlər görəcəklər. Ekspertlərin hesablamasına görə, aprel ayında tələbat gündə 5 milyon barrel azala bilər. İqtisadiyyat yavaşlamağa davam edəcəyi təqdirdə isə tələbin azalması artıq yazda gündəlik 25 milyon barrelə çata bilər:“Digər tərəfdən, neft bazarındakı qiymət müharibəsi yalnız izafi təklifi artıracaq. Belə ki, Səudiyyə Ərəbistanından neft təchizatı 25% artacaq, Rusiya və BƏƏ də bazar payı uğrunda mübarizədə hasilatı artıracaq. Bütün bunlar gündəlik neft artıqlığının 8 milyon barrel olmasına gətirib çıxara bilər. Eyni zamanda, neft qiymətləri aşağı düşməyə davam edə bilər ki, bu da bəzi istehsalçıları hasilat həcmini azaltmağa və ya yataqları bağlamağa stimullaşdırmalıdır. Beləliklə, dünyanın yerüstü saxlanc gücləri bazarda yaranacaq tələb və təklif arasındakı fərqi tam şəkildə qarşılaya bilməyəcək. Treyderlərin hesablamalarına görə, saxlancların dolma səviyyəsi artıq 61%-dən çoxdur və altı aydan az müddətdə bu həcm tam tükənəcək”. Qəzet  yazır ki, belə vəziyyətdə treyderlər özləri üçün ən bahalı saxlama metoduna, yəni  dənizdəki tankerlərə keçməli olacaqlar. Ancaq bunu etmək olduqca çətin olacaq, çünki Səudiyyə Ərəbistanının neft bazarını “su üstündə saxlamaq” istəyi tankerlərin qiymətinin iki dəfədən çox artmasına səbəb olub.

Xatırladaq ki, martın əvvəlində OPEC+ ölkələri neft hasilatını azaltmaq üzrə sazişin uzadılmasına razı olmadılar. OPEC koronavirus səbəbi ilə tələbin azalmasına və neftin qiymətinin aşağı düşməsinə cavab olaraq hasilatı 2020-ci ilin sonuna qədər əlavə olaraq gündəlik 1,5 milyon barrel azaltmağı təklif edib, amma Rusiya sazişin yalnız əvvəlki şərtlərlə uzadılmasına razılıq verib. Bundan sonra Səudiyyə Ərəbistanı hasilatı aprel ayından gündəlik 12,3 milyon barrelə qədər artırmağı planlaşdırdığını açıqlayıb. Buna cavab olaraq Rusiya hasilatı gündə 200-300 min barrel, gələcəkdə isə 500 min barrel artırmaq imkanını açıqlayıb. Belə vəziyyətdə, Səudiyyə Ərəbistanı və Rusiya da daxil olmaqla bütün hasilatçılar ucuzlaşmadan əziyyət çəkir. Səudiyyə Ərəbistanı sürətlə müflisləşir, Rusiyanın Rifah Fonduna toplanan vəsaitlər azalır. ABŞ şist neft hasilatçıları artıq böyük zərərlə qarşılaşır. Elə bu səbəbdəndir ki, ABŞ-dan olan 13 senator Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmana məktub yazaraq onu neft hasilatını kəskin şəkildə artırmamağa çağırıb. Məktub müəlliflərinin hamısı prezident Donald Trampın da üzv olduğu Respublikaçı Partiyasını təmsil edir. Onlar neft bazarında çöküşün hər iki ölkənin uzun illərdir davam edən strateji tərəfdaşlığına zərər vuracağını bildiriblər. Senatorlar vurğulayır ki, Ər-Riyadın addımları koronavirus pandemiyası ilə bağlı qlobal böhran fonunda baş verir. Yaranmış vəziyyət onsuz da enerji bazarları və şirkətlərin sabitliyinə təsir edib. Ona görə də neft bazarında hasilatın artırılması tamamilə yersizdir. Senatorlar xatırladıb ki, ABŞ uzun illərdir Səudiyyə Ərəbistanını dəstəkləyir, buna cavab olaraq Krallıq dünya neft bazarında sabitliyin olacağına söz vermişdi:“Biz Krallığı dünya iqtisadiyyatının sabitləşməsində konstruktiv rol oynamağa və neft-qaz sektorunda həyəcanı aşağı salmağa dəvət edirik”.

Bütün bunlar aşağı qiymətlərin əvvəllər nefti ucuzlaşdırmaq istəyən ABŞ-ın özünün də nə dərəcədə narahatlığına yol açdığını aydın göstərir. Yaranmış durumda Azərbaycan da OPEC+ analaşmasının davam edərək qiymətlərin məqbul həddə yüksəlməsini istəyir. Bununla yanaşı, Azərbaycan belə vəziyyətdə qeyri-neft sektorunun inkişafını daha dinamik hala gətirməklə  iqtisadi zərərləri kompensasiya etməyə çalışır. Rusiyalı ekspert Aleksandr Sobko isə xatırladır ki, Bakı cari ildən Avropaya da qaz satışını həyata keçirərək neft zərərlərini mavi yanacaq hesabına kompensasiya edə bilər:"Neft bazarında baş verən hadisələr və koronavirus problemi qaz mövzusunu ikinci plana çəkib. Ancaq neft iki dəfə ucuzlaşdığı halda, qazın qiyməti dəyişmir. Bu mənada Rusiya, Azərbaycan kimi qaz satışını həyata keçirən ölkələr neft zərərlərini müəyyən qədər qaz satışı hesabına kompensasiya edə biləcək".

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ