16/06/2019 17:22
728 x 90

Şəkidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Tehran Nəzərov saxlanıb

img

Şəki Şəhər/Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəhər sakini, 53 yaşlı Tehran Nəzərov şübhəli şəxs qismində saxlanıb. Keçirilmiş tədbirlərin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan 12 ədəd kağız bükümdə  0,297 qram narkotik vasitə hesab edilən heroin, içərisində heroin qalıqları olan 4 ədəd şpris və sellofan torbada ümumi təmiz çəkisi 380 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. 

Faktla  bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər